Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Yardımlıda yığılan pullar kimin cibinə gedir?

Yardımlıda yığılan pullar kimin cibinə gedir?


8-02-2017, 15:25
Yardımlıda yığılan pullar kimin cibinə gedir?
Redaksiyamıza yazan Yardımlı sakinləri yerli məmur özbaşınalığından və qanunsuz pul yığımından şikayət edirlər. Belə ki, DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, son günlər yerli icra hakimiyyəti adından pul yığılır.

Narazı sakinlər dia-az.life-a yazırlar:

"Salam Yardımlı Rayonundan yazırıq. İdare ve təşkilatlardan 43 manat ve inzibati ərazi dairlərindən isə 4000 min manat pul yığılır. Ve məqsədi odur ki, Yardımlı rayonunda fındıqcılıq inkişaf edirilsin".

Daha sonra sakinlər dia-az.life-a yazır: "Yuxarı təşkilatlardan xahis edirik ki, bu məsələ ilə bağlı bir açıqlama versinlər. Bu yığılan 43 manatlar Hansi İcra Hakimiyyətinin işcisnin cibine gedir? İnanırıq ki, bir həlli yolu tapılacaqdır".

dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt