Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Məni tutduranlar şirkət və evimə əl qoyublar”

“Məni tutduranlar şirkət və evimə əl qoyublar”


14-02-2017, 11:03
“Məni tutduranlar şirkət və evimə əl qoyublar”
DİA.AZ: - “Mənim həbsim əmlakımı ələ keçirmək istəyənlərin sifarişi əsasında olub. Bu haqsızlıq valideynlərimin də ölümünü tezləşdirdi. Hazırda kommersiya obyektimi qanunsuz olaraq işlədən qohumlarım, valideynlərimdən qalma evə də əl qoyub və azyaşlı uşağı ilə birgə qızımın yaşamaq hüququ pozulub.”

DİA.AZ bildirir ki, Pentensiar Xidmətin 9 saylı cəzçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Mirtalıb Təbarək oğlu Əliyevin prezidentə, baş prokurora və daxili işlər nazirinə ünvanlanandığı şikayətdə belə deyilir. Surəti dia-az.life-a göndərilən həmin müraciətdə M. Əliyev qeyd edir ki, 2003-13-cü illərdə atasına məxsus olan, Göygöl rayonunun Balçılı kəndində yerləşən “Mirəli” istehsal-kommersiya şirkətini işlədib. Onun sözlərinə görə, adıçəkilən müəssisənin əsas fəaliyyəti xarici ölkələrdən gətirilən yük maşınlarının tir-park olunması təşkil edib:

“Valideynlərimin vəfatından sonra onların yaşadığı, Gəncə şəhəri, Kəpəz rayonu, Mehdi Hüseynzadə küçəsi, 68 ünvanında yerləşən evə və bu şirkətə sahiblənmək istəyən yaxın qohumlarım bir öyrədilmiş qadının (etik səbəblərə görə ad-soyadını yazmırıq- red.) ərizəsi əsasında məni həbs etdirdilər. Olduqca primitiv bir cəfəngiyyatla: guya bu qadın “İbo” ləqəbli bir adamın vasitəsilə məni tanıyıb və zorlama cinayətində təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etmək qarşılığında pul verib. Dəfələrlə vəsatət qaldırsam da, “İbo”nun kimliyi və onunla nə cür əlaqəmin olması araşdırılmadı. Bu qurama işə dair material Göygöl Rayon Polis Şöbəsində ilkin araşdırma zamanı cinayət işinin başlanılması rədd edilmişdi. Üstündən 50 gün keçəndən sonra elə həmin orqan tərəfindən həmin materialda “dələduzluq” əməlinin tərkibinin“tapılmağı”nın bircə yozumu ola bilər.

Həbsimdən sonra şirkətimi bacım uşaqları: Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Vasif və onun qardaşı Pərviz Nağıyevlər qanunsuz olaraq işlətməyə başlayıblar. Onların sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə regional İdarəsinin baş əmək müfəttişi Sənan Ələsgərov “düz-qoş” edir. Beləcə bir şərçi qadın çox “kişinin” əlini çörəyə çatdırıb. Nağıyev qardaşları valideynlərimdən qalma evə də müdaxilə etdiyindən orada olan övladım narahatdır və səksəkə içərisində yaşayır. ”

Müraciət müəllifi sonda ölkə başçısından xahiş edir: “Qızım Zəhrabəyim Əliyevanın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, haqsız yerə cəzasını çəkdiyim bu qurama işin araşdırılması və mülkiyyətimə olan müdaxilələrin qarşısının alınmasına göstəriş verəsiniz.”

dia-az.life olaraq bütün adıkeçən şəxsləri dinləməyə hazırıq...

Geri qayıt