Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Xankəndindəki quldurbaşı Pakistan “müşahidəçiləri”ni yuxusunda qəbul edib?..

Xankəndindəki quldurbaşı Pakistan “müşahidəçiləri”ni yuxusunda qəbul edib?..


20-02-2017, 11:56
Xankəndindəki quldurbaşı Pakistan “müşahidəçiləri”ni yuxusunda qəbul edib?..
Erməni mediası yenə də yalançı və təxribatçı informasiyalar yaymaqda davam edir.

Moderator.az xəbər verir ki, qondarma rejimə sadiq KİV separatçı qurum rəhbəri Bako Saakyanın bu gün keçirilən qanunsuz “referendum”u müşahidə etmək üçün xarici “müşahidəçilər”i qəbul etdiyini yazır. “Müşahidəçilər” göndərən ölkələr sırasında Pakistanın da adının çəkilməsi hiddət doğurur. Xəbərdə guya B.Saakyanın “Pakistan nümayəndə heyətini” çexiyalı “müşahidəçilər”lə birgə qəbul etdiyi göstərilir.

Dərc edilən fotolardan da bəlli olur ki, qondarma rejim başçısının qəbulunda pakistanlı olduğu güman ediləcək şəxslər görünmür. Qanunsuz tədbirə guya 30-dan çox ölkədən 104 nümayəndə və 80-dan çox jurnalist gəldiyini bildirən erməni mediası həmin dövlətlər sırasında ABŞ, Böyük Britaniya, Rumıniya, Cənubi Kipr, Çexiya, Latviya. Sloveniya, Belçika, İspaniya, Lüksemburqun adlarını çəkir. Xəbərlərdə Xankəndinə tez-tez qanunsuz səfər edən Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Frank Engel və Çexiyadan olan deputat Yaromir Ştetinin də fotoları dərc edilib. Belələrinin saxta “referendum”a gəlişinə inanmaq olar. Ancaq daim Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qətiyyətlə bildirən, ötən ilki aprel döyüşlərində birbaşa hərbi köməyə hazır olduğunu bəyan edən qardaş müsəlman dövləti Pakistanın belə bir addım atacağına əsla inanmaq olmaz. Görünür, “KQB-FSB”-nin qucağında oynamaqdan başını itirmiş B.Saakyan yuxusunda Pakistan nümayəndə heyətini qəbul etdiyini görüb...
Güman edirik ki, Pakistanın ölkəmizdəki səfirliyi və Azərbaycan XİN məsələyə kəskin reaksiya verəcək.

Geri qayıt