Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ermənistan ölmüş əsgərlərinin leşlərini gizlədir

Ermənistan ölmüş əsgərlərinin leşlərini gizlədir


28-02-2017, 11:26
Ermənistan ölmüş əsgərlərinin leşlərini gizlədir
Son günlər cəbhədə baş verən döyüşlərdə xeyli sayda erməni əsgərinin məhv edildiyi bildirlir. Nəticədə təşvişə düşən erməni hərbi qulluqçular silah-sursatlarını ataraq qaçırlar.
Gununsesi.info-nun xəbərinə görə, hazırda sosial şəbəkələrdə fevral döyüşləri zamanı erməni hərbçilərinin necə ölməsi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
Belə ki, erməni qızı Diana Artunyan öz “Facebook” səhifəsində yazır:
“Hazırda sərhəddə nələrin baş verdiyini Allah bilir. İndi qardaşım mənə zəng vurub dedi ki, hər tərəfdən azərilər bizi atəşə tutublar… Xəstəxanalar həlak olmuş əsgərlərin meyitləri və yaralıları ilə dolub. Şahidlər sərhəddə cəsədlə dolu 3 ədəd yük maşını görüblər.
Onlar deyirlər ki, 70 nəfər ölüb, 300 nəfər isə yaralanıb. Amma ölən əsgərlərin sayı 200-dən artıqdır. Mən bilmirəm nə edim, çox qorxuram.Bu an qardaşımla telefon əlaqəsi kəsildi… Hazırda qardaşımdan heç bir məlumat yoxdu, insanlar təşviş içindədir. Hökumət isə heç bir tədbir görmür”.

Ermənistan ölmüş əsgərlərinin leşlərini gizlədir
Ermənistan ölmüş əsgərlərinin leşlərini gizlədir

Armen Movsesyan isə yazır ki, bu gün Arsaqda 26 nəfər əsgərimizi itirmişik, itkilərimiz çoxdur… dəhşətdir, bizi əsgərlər qorxqdırlar.
Regina Vardanyan da “Armen”ə cavabında bu haqda məlumatlı olduğunu yazıb: “Dayım Qarabağdan zəng edib, dedi ki, o qədər ölən var ki, saya bilmirik… İnsanlar təşviş içindədir”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin son günlər cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatlar zamanı məhv edilən erməni hərbi qulluqçularının sayı günbəgün artır. Ermənistan siyasi və hərbi rəhbərliyinin itkilərin sayını təkidlə azaltmasına baxmayaraq, əldə olunan son dəqiq məlumatlara əsasən döyüş toqquşması zamanı Azərbaycan tərəfinin zərbələri nəticəsində 200-ə yaxın erməni hərbçi məhv edilib, 300-dək hərbi qulluqçu isə yaralanıb.
Xatırladaq ki, 2016-cı ilin aprelində Ermənistanın hərbi rəhbərliyinin cəbhə xəttində itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlayırdılar.

Geri qayıt