Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > MTN-nin həbsdəki şöbə rəisi yenidən müstəntiqlik xəyalında
MTN-nin həbsdəki şöbə rəisi yenidən müstəntiqlik xəyalında4-03-2017, 10:54 |
“Sizin üçün hüquq, qanun anlayışı yoxdur. Kişiliyiniz də yoxdur ki, sizinlə kişi kimi söhbət edək”. Gununsesi.info bildirir ki, bu sözləri MTN MTN İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş, həbsdəki polkovnik Vüsal Ələkbərovun işi üzrə keçirilən məhkəmədə zərərçəkmiş qismində tanınan Hüseyn Səfərov söyləyib. MTN tərəfindən hədə-qorxu ilə 2 milyon pulu əlindən alınan iş adamı Hüseyn Səfərov bundan əvvəl MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevi ifşa eləmişdi. Sonuncu məhkəmə prosesində Hüseyn Səfərov Vüsal Ələkbərovu bir daha ifşa edərək, onun cinayətkar xarakterini açıb. Vüsal Ələkbəru ağır sözlərlə ittiham edən iş adamı sonradan sabiq şöbə rəisi tərəfindən hədələnib. Vüsal Ələkbərovun “vaxt gələr, sənin işini yenə özüm apararam” deməsi Hüseyn Səfərovu özündən çıxarıb: “Sənin kimi nakişilərə artıq bu dövlətdə yer yoxdur. Sən törətdiyin əməllərə görə, bu gün hakim qarşısındasan”. Geri qayıt |