Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "AtaBank" rəhbərliyi bu filialda baş verənlərdən xəbərdardır?
"AtaBank" rəhbərliyi bu filialda baş verənlərdən xəbərdardır?6-03-2017, 10:06 |
Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini hüquq müdafiəçisi Purqafari Azər Ələsgər oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, Göyçay rayonu Ərəbcəbirli kənd sakini Abdullayev Aqil Musa oğluna qarşı "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudov tərəfindən edilmiş saxtakarlıq əməli ekspert rəyi və məhkəmə qərarı ilə subut olunsa da, cinayəti törətmiş vəzifəli şəxs hələ də cəzalandırılmayıb: “Belə ki, Göyçay rayonu Ərəbcəbirli kənd sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abdullayev Aqil Musa oğlu rayonun mərkəzindəki maqazinində elektrik avadanlıqlarının kredit satışı ilə məşğul olur. Rayon sakinləri ondan aldıqları malların pulunu hər ay hissə-hissə ödəyirlər. Göyçay rayonunun 100-dən çox sakini Aqil Abdullayevdən elektirik cihazları almaq üçün "Atabank" ASC-nin Göyçay filialından kredit pul götürürlər. "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudov kredit götürən şəxslərlə sahibkar Aqil Abdullayev arasında saxta zaminlik müqavilələri bağlayır. Hansı ki, Aqil Abdullayevin bu zaminlik müqavilələrindən xəbəri olmamış və imza etməmişdir. Götürdükləri krediti ödəyə bilməyən vətəndaşları "Atabank" ASC məhkəməyə verdikdə Aqil Abdullayev bundan xəbər tutmuşdur ki, onun xəbəri olmadan zaminlik müqaviləsinə əvəzinə, saxta imza etməklə 100 dən çox vətəndaşa kredit verilmişdir”. Şikayətçi yazır ki, Aqil Abdullayevin zaminlik müqviləsindəki imzaların ona aid olub-olmamasının yoxlanılması üçün məhkəmədə qaldırdığı vəsatət əsasında ekspert araşdırması keçirilir: “Məhkəmə xəttşünaslıq ekspertizasının 16 avqust 2016-cı il tarixli 16629 və həmin tarixli 16630 nömrəli rəyləri ilə iki iş üzrə 18.12.2013-cü il və 17.01.2014-cü il tarixli zaminlik müqavilələrindəki imzaların Abdullayev Aqil Musa oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu təsdiq edilir. Məhkəmə xəttşünaslıq ekspertizasının 16 avqust 2016-cı il tarixli rəylərinə mötəbər subut kimi qiymət verən Göyçay rayon məhkəməsinin qərarı ilə Aqil Abdullayev zaminlikdən azad edilir. Ancaq saxta zaminlik müqaviləsi tərtib edən "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudov barəsində tədbirlər görülmür. Hansı ki, o, törətdiyi cinayət əməllərinə görə dərhal məsuliyyətə cəlb edilməlidir. Bu korrupsiya əməlləri ilə savadsız vətəndaşların qanını sovuran Nizami Mahmudovun cinayət hərəkətlərinə qiymət verilib, cəzalandırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şəxsən şikayət ərizəsi ilə müraciət etmişəm. Bankın müdiri Nizami Mahmudov qanunu qaydada cəzalandırılana kimi mübarizəmi aparacam. Mən mətbuat vasitəsi ilə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə müraciət edib, xahiş edirəm "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudovun korrupsiya cinayətini araşdırıb, onun barəsində tədbir görəsiniz. Əldə edilmiş konkret və mötəbər subutlar buna tam əsas verir”. Hurriyyet.org Redaksiyadan: Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Geri qayıt |