Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI
Səfər Mehdiyev DÖVLƏTƏ QARŞI18-03-2017, 11:41 |
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyinin iddialarına və İqtisadi İnkişaf Nazirliyinin müdaxilələrinə baxmayaraq bu gün ət bazarında ciddi böhran yaşanır. Bazarlarda qoyun ətinin ən ucuzu 11 manatdırsa, mal ətini 13 mantdan aşağı tapmaq olmur ki, bu da əslində süni bir prosesin təzahürü kimi görünməkdədir. Yenə də işbazlar ayaqdadır. DİA.AZ bildirir ki, əslində bazardakı bahalaşmanın arxasında konkret monopolistlər dayanır. Bu real faktdır və buna görə də yuxarıda adları çəkilən nazirliklərin müdaxilələrinin yetərsiz qalması da anlaşılandır. Qeyd edək ki, yerli KİV-də verilən məlumatlarda da net şəkildə göstəriləni Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük generalı Səfər Mehdiyevin Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarını inhisara alması faktıdır. Qeyri-ərzaq və bəzi ərzaq növlərinin idxalı üzrə monopoliya aradan götürülsə, əsas ərzaq növləri üzrə monopoliya qalmaqdadır. DİA.AZ bildirir ki, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı – bacanağı Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu isə o deməkdir ki, əslində Səfər Mehdiyev və onun adamları rəsmən dövlətə qarşı iqtisadi sabotajla məşğuldur. Ən azından bayram ərəfəsi möhtəkirlik maraqlarının öndə dayanması birbaşa olaraq əhalinin daha kasıb hissəsinin durumunu ağırlaşdırdığından bu fakt gərəkən müdaxiləni tələb edir. dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |