Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Oğlumla bağlı obyektiv qərar çıxarılsın"
"Oğlumla bağlı obyektiv qərar çıxarılsın"11-04-2017, 15:51 |
Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il qərarı ilə azadlıqdan ömürlük məhrum edilən Tərlanov Zaurun atası Ənvər Tərlənov oğluna qarşı verilmiş ömürlük həbs cəzasını qanunsuz hesab edib. Moderator.az -a açıqlama verən Ənvər Tərlənov bildirib ki, oğluna ömürlük həbs cəzası verilməsinə səbəb xüsusi amansızlıq olsa da oğlu heç kimi xüsusi amansızlıqla qətlə yetirməyib: “Oğlum qətli namus üstündə törədib. Onun həyat yoldaşına qarşı olan əxlaqsız hərəkət səbəb olub. Belə ki, onun həyat yoldaşını təqib edən Cavid Rəhimov onların evinə daxil olaraq Zaur Tərlanovun arvadını zorlayıb. Daha sonra Cavid Rəhimov arvadını zorladığı şəxsi başlayıb hədələməyə. Cavid qardaşı Cahid Rəhimovla birgə Zaur Tərlanovun oturduğu çayxanaya gələrək onu dəniz kənarına aparıblar. Nəticədə özünü müdafiə etmək istəyən Zaur Tərlanov əlindəki ov tüfəngi ilə qardaşlara atəş açıb, bundan sonra isə Cavid və Cahid ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsini qərarından sonra biz Apellyasiya Məhkəməsinə müraciət etdik. Məhkəmə qərarı yenidən baxılması üçün onu Ağır Cinayətlər Məhkəməsinə qaytarıb. Mən xahiş edirəm ki, oğlumla bağlı obyektiv qərar çıxarılsın. Mənim övladım özünü müdafiə etmək üçün tüfəngdən istifadə edib. Nəticədə iki nəfər dünyasını dəyişib.” Geri qayıt |