Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Unibank” borca görə böyrəyini satdırmaq istədiyi şəxsi tutdurdu

“Unibank” borca görə böyrəyini satdırmaq istədiyi şəxsi tutdurdu


12-04-2017, 11:21
“Unibank” borca görə böyrəyini satdırmaq istədiyi şəxsi tutdurdu
"Unibank”a təxmini 3000 borcu olan 38 yaşlı işsiz ailə başçısı Mübariz Bayramov barədə həbs qərarı çıxarılıb

Bu bardə məlumatı hüquqşünas Əkrəm Həsənov verib.

Onun sözlərinə görə, Mübariz "Antikollektor”a müraciət edib və böyrək alqı-satqısı barədə audioyazı ictimaiələşdirilib: "Aydın olmayan bir məqam idi: vəhşi təklifi ona "Unibank”ın, yoxsa bankın borclarının qaytarılması ilə məşğul olan "BOA Kollektor Agentliyi”nin əməkdaşı etmişdi? Mübariz apreldə bununla bağlı Baş Prokurora və Daxili İşlər Nazirinə şikayət də göndərdi.

4 ay idi ki, sakitçilik idi. Amma ötən həftə Mübarizi yenə kollektor narahat etməyə başladı. Antikollektorun əməkdaşı həmin kollektora zəng edərək Mübarizdən əl çəkməyi və yalnız qanuni yollarla hərəkət etməyi tələb etdi. Dünən isə Nərimanov rayon İcra şöbəsinin əməkdaşları Mübarizi gəlib evindən birbaşa məhkəməyə aparıblar. Nərimanov rayon Məhkəməsinin hakimi Samir Məmmədov da onu 5 günlük həbs edib. Tələsik keçirilən bu məhkəmə iclasında "Unibank”ın da nümayəndəsi iştirak edib və Mübarizin cəzalandırılmasını istəyib. İclasda hətta dövlət hesabına vəkilin də iştirakı təmin olunub, amma qərardan belə görünür ki, heç çıxış da etməyib”.

Məsələ barəsində Antikollektora məlumatı şəxsin qardaşı bu gün səhər verib: "Dərhal məhkəməyə gedib qərarın surətini aldım. İcra məmurunun protokolunu hakim mənə vermədi. İcra məmurunun özünü də gördüm. Mənə bildirdi ki, bu işdə sonadək gedəcək və Mübarizə qarşı istintaqa da başlayacaq .Mən də ona cavab verdim ki, biz də sonadək, Avropa Məhkəməsinədək gedəcəyik. Göründüyü kimi, iş açıq-aşkar sifarişlidir və qisas xarakteri daşıyır.

Elə bu gün qərardan apellyasiya şikayəti verdim. Ümid edirəm ki, şikayətə sabah baxılacaq”.
(Cebhe.info)

Geri qayıt