Əsas Səhifə > Güney Press, Reklam > “Mobil Müştəri Xidmətləri” ADA Universitetində
“Mobil Müştəri Xidmətləri” ADA Universitetində14-04-2017, 18:34 |
Azercell Telekom MMC tələbə və müəllimlərin rahatlığına yönəlik daha bir aksiyaya dəstək verir. Şirkətin “Mobil Müştəri Xidmətləri” 13 və 14 aprel tarixlərində Səyyar Asan Xidməti və Vergilər Nazirliyi ilə birgə ADA Universitetində müəllim və tələbələrinə xidmət aksiyasına qoşulub. Mobil Müştəri Xidmətlərinin təmsilçiləri Vüqar Namazov və Fuad Tahirov tələbə və müəllim heyətinə ASAN imzaya qoşulma və Azercellin digər xidmətlərində dəstək göstərirlər. Məlumat üçün bildirək ki, Azərbaycanda ilk dəfə olaraq "Asan İmza" mobil elektron imza xidmətini təklif edən Azercell "ASAN xidmət" mərkəzinin 3 ofisində öz mərkəzini yaradıb. Sənədləri ilə bu ASAN mərkəzlərindən birinə, həm də istənilən Azercell Ekspres ofisinə müraciət edən "Azercell" müştərisi şirkətin bütün xidmətlərindən yararlana , həmçinin tarif və kampaniyalar haqqında ətraflı məlumatla tanış ola bilərlər. Onu da bildirək ki, ASAN mərkəzlərində fəaliyyət göstərən bütün Azercell müştəri xidmətləri ofisləri digər operatorlardan nömrələrini Azercell-in şəbəkəsinə daşımaq istəyən abunəçilərin də ərizələrini qəbul edir. Beləliklə, Azercell Telekom öz abunəçilərinin və ümumiyyətlə, ölkə əhalisinin xidmətlərdən rahat yararlanmaları üçün ASAN şəbəkəsi ilə müvəffəqiyyətli əməkdaşlığını davam etdirir. Qeyd edək ki, Azercell-in “Mobil Müştəri Xidmətləri” 2015-ci ilin sentyabrından etibarən müxtəlif səbəblərdən ofislərə yaxınlaşa bilməyən abunəçilərinin ünvanlarına özü gəlir. “Mobil Müştəri Xidmətləri” Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirir. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində Azercell tərəfindən təqdim olunan bütün xidmətlər göstərilir. Qeyd edək ki, müştərilərə xidmət sahəsində bu konsepsiya ölkədə abunəçilər tərəfindən çox müsbət qarşılanır. Geri qayıt |