Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qüdrət Şükürovla bağlı yeni iddialar
Qüdrət Şükürovla bağlı yeni iddialar19-05-2017, 12:04 |
“Mənim haqqımda heç bir cinayət işi və sairə açılmayıb, işdən çıxarılmamışam. Bu cür xəbərlər yalandır. Mən işimin-gücümün başındayam. Kimlərsə ağıllarına gələn xəbərlər yayırlar. Mənim işim-gücüm yoxdur? İndi durub bu adamlara vaxt sərf etmək istəmirəm. Bizi şərləyən adam artıq məhkəməyə də verilib”. Bir neçə gün bundan əvvəl belə bir rahat və iradlı açıqlama ilə ilk dəfə Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov çıxış etdi. Qızına dəbdəbəli toy etdiyi üçün ciddi qınağa tuş gələn Qüdrət Şükürov əslində hardadır və işdən çıxarılıbmı? Həmçinin günlərdir səsini çıxarmayan baş liftçi nədən indi açıqlama verdi? Nə baş verir? Xəta sovuşdumu? Bizimxeber.az-a daxil olan məlumata görə, Qüdrət Şükürovun hazırkı vəziyyəti o qədər də çətin deyil. Daha doğrusu, onun həbs olunmaq qorxusu artıq yox dərəcəsindədir. Redaksiyaya daxil olan məlumata görə, bir neçə gün əvvəl Qüdrət Şükürova məxsus iki bahalı maşın satılıb. Belə ki, Şükürov özünün istifadəsində olan ən son model S Klass Mercedess markalı 10 AA 828 nömrə nişanlı və “Range Rover” markalı 10 ZZ 447 nömrə nişanlı avtomobilləri satdırıb. Məlumatda qeyd olunur ki, “Range Rover” markalı avtomobil xüsusui sifarişlə yığılıb və qiyməti təqminən 400 min manat çivarındadır. Mənbə bildirir ki, Bakıda elə xüsusui hazırlanmış tək “Range Rover”dir. Avtomobillərin hansı səbəbdən satılmasına gəlincə isə bu daha maraqlıdır. Belə ki, barəsində yazılan yazılar və aparılan araşdırmalardan sonra Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyev Şükürovu yanına çağıraraq iradlarını bildirib və avtomobillərin satılımasını tələb edib. Bu tələbdən sonra Şükürov bahalı avtomobilləri satmaq məcburiyyətində qalıb. Bizimxeber.az-a daxil olan məlumata görə, Qüdrət Şükürov araşdırmalar zamanı təcili məzuniyyətə göndərilib. Hazırda onun vəzifəsini Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyev tərəfindən idarəyə göndərilən başqa bir şəxs icra edir. Qüdrət Şükürov isə rəsmən hələ də işdən çıxarılmayıb. Ehtimal ki, məzuniyyətdən sonra o yenidən Bakı Lift İdarəsinin baş direktor postuna qaytarılacaq. Elə isə maraqlıdır? Nədən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyev Şükürovu müdafiə edir və onun bu prosesslərdən kənarda tutmaq üçün məzuniyyətə göndərir? Bunun hansı özəl səbəbləri var? Şükürov bağlama dolu pulları kimdən və kimə gondərirmiş? Özü ehtiyyat etdiyindən bu pullar kimin əli ilə ünvana çatdırılırmış? Bu barədə yaxın günlərdə geniş araşdırma yazısı təqdim edəcəyik! Geri qayıt |