Əsas Səhifə > Güney Press, Reklam > “Əmək Müqaviləsi və Praktiki Problemlər” mövzusunda seminar keçirilib

“Əmək Müqaviləsi və Praktiki Problemlər” mövzusunda seminar keçirilib


26-05-2017, 12:36
“Əmək Müqaviləsi və Praktiki Problemlər” mövzusunda seminar keçirilib
23 may 2017-ci il tarixdə Bakı şəhərində WWW.LAWYERS.AZ -ın təşkilatçılığı yi ilə "Əmək Müqaviləsi və Praktiki Problemlər" mövzusunda seminar keçirilmişdir.

Seminarın mühazirəçiləri Azərbaycanın təcrübəli hüquqşünasları olan Ruhiyyə İsayeva və Anar Ramazanov olmuş və onlar seminar çərçivəsində hazırda bütün hüquqşünaslar və vətəndaşlar üçün aktual olan əmək müqaviləsi və oxşar müqavilələr, əmək müqaviləsinə xitam verilməsi və praktiki problemlər, dövlət orqanları tərəfindən aparılan yoxlamalar və əmək mübahisələri mövzularına toxunmuşlar. Ruhiyyə İsayeva 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kolleqiyasının üzvü, Anar Ramazanov isə ANF Consulting şirkətinin partnyorudur.

Seminarda müxtəlif hüquq sahələrində çalışan çoxsaylı gənc və eləcə də, peşəkar hüquqşünaslar iştirak etmiş və bu səbəbdən seminar öz interaktivliyi və effektvliyi ilə seçilmişdir. Hüquq elmləri doktoru, BDU-nun Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevin tədbirdə iştirakı və bilik və təcrübələrini seminar iştirakçıları ilə bölüşməsi tədbirə daha da böyük əhəmiyyət qatmışdır. Tədbirin sonunda mühazirəçilər tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Qeyd edək ki, WWW.LAWYERS.AZ Azərbaycanda hüquqşünasların ilk axtarış əsaslı elektron platforması (direktoriya) və şəbəkəsidir. Qeyd edilən platforma hüquqşünaslara və hüquq şirkətlərinə qeydiyyatdan keçməklə öz profillərini yaratmaq, özlərini potensial müştərilərə tanıtmaq, hüquq sahəsi üzrə vakansiyalarını paylaşmaq, hüquq məqalələrini paylaşmaq və bu kimi bir sıra imkanlar yaradır. Artıq WWW.LAWYERS.AZ vasitəsilə vətəndaşlar istənilən hüquqi məsələ ilə bağlı öz hüquqşünaslarını çox asan bir şəkildə, evdən çıxmadan və elektron qaydada tapa bilərlər.

Geri qayıt