Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Daha bir yüksək vəzifəli şəxs işsiz qalacaq

Daha bir yüksək vəzifəli şəxs işsiz qalacaq


6-06-2017, 11:29
Daha bir yüksək vəzifəli şəxs işsiz qalacaq
DİA.AZ: - Prezident Administrasiyasında müşahidə olunan məlum islahat dalğası digər dövlət qurumlarında da müşahidə olunacaq. Bu barədə DİA.AZ-a daxil olan informasiyada qeyd olunur. Məlumatlı mənbənin bildirdiklərindən belə anlaşılır ki, yaxın günlərdə daha bir dövlət qurumunun ləğvi nəzərdə tutulub.

Mənbənin dia-az.life-a söylədikləri:

"Bu günlərdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının da eynən Nəqliyyat Nazirliyi kimi ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi gözlənilir. Əslində bu qəar çoxdan verilməlidir. Sadəcə olaraq Nəqliyyat Nazirliyinin qeyd olunan quruma birləşdirilməsi prosesi ləng getdiyindən Dövlət Dəniz Administrasiyasının da NRYTN-nə birləşdirilməsi yubanır. Və bu birlik baş tutuandan sonra nazirliyin adı yenidən dəyişmiş olacaq".

dia-az.life xatırladır ki, hazırda Dövlət Dəniz Administrasiyasının rəhbəri postunu Qüdrət Qurbanov tutur ki, bu şəxsə qarşı da çox sərt ittihamlar yer almaqdadır. Ola bilsin ki, qurumun ləğvi qərarında bu məsələ də xüsusi olaraq rol oynayıb.

Geri qayıt