Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Həyat yoldaşımı azad etsinlər, heç nə istəmirəm”

“Həyat yoldaşımı azad etsinlər, heç nə istəmirəm”


7-06-2017, 12:30
“Həyat yoldaşımı azad etsinlər, heç nə istəmirəm”
İllərdir şikayəti üzrə obyektiv araşdırma aparılmamasından şikayətlənən Yasamal rayon sakini bu dəfə qəribə və tükürpədici addım atıb.Həyat yoldaşının məmur şəbəkəsi tərəfindən şərlənərək həbs olunduğunu, saxta sənədlərlə həbs müddətinin uzadıldığını deyən Sevda Süleymanova ölkə başçısına sözün əsl mənasında qanı ilə yazılmış məktub ünvanlayıb.Şikayətçinin sözlərinə görə, qanı ilə yazılmış məktuba cavab və ya reaksiya gəlməsə, son atacağı addım intihar olacaq.Sevda Süleymanova dövlət başçısından özünə və ailəsinə qarşı təzyiqlərin son qoyulması, pozulmuş hüquqlarının bərpası və günahsız yerə həbs edilən həyat yoldaşına bəraət verilməsini istəyir.

Yeganə tələbi prezidentin onun səsini eşitməsi və onu qəbul etməsidir:

“Yeganə istəyim həyat yoldaşımın həbsdən azad olunmasıdır. İnanın ki, heç nə istəmirəm.Əlimizdən gedən mülklərin heç birinə iddiam yoxdur.Sadəcə həyat yoldaşım azad olunsun, ailəsini başına yığıb sakit həyatımıza davam edək.Artıq yorulmuşam.Mənim və ailəmin başına gətirilən oyunlardan bezmişəm.

Həyat yoldaşım saxta ittihamlarla boş-boşuna həbsdə yatır.İstəyim onun azad olunmasıdır.Başqa çıxış yolum qalmayıb.Barmaqlarımı kəsib qanımı ovcuma tökdüm, sonra diş çöpü ilə qanımla prezidentimizə məktub yazdım.Ümid edirəm ki, məktubumu ölkə başçısına çatdırarlar, məni qəbul edər və dinləyər.Əgər bu məktubu prezidentə çatdırmasalar, intihar edəcəyəm”.

Sevda Süleymanovanın qanı ilə yazılmış məktubda qeyd olunanları nəzərinizə çatdırırıq:

“Bu müqəddəs Ramazan günündə cənab Allahın adından çox hörmətli cənab prezidentə öz qanımla yazıb bildirirəm ki, həyat yoldaşım Süleymanov Qüvvətəli Hacıbaba oğlu 21.10. 2013-cü ildə saxta ittihamlarla həbs olunub və ailəm param-parça olunub.Zati alinizdən xahiş edirəm, məni qəbul edib, dinləyib, ailəmə, yoldaşıma kömək edəsiniz”.

Qeyd edək ki, Qüvvətəli Süleymanovun işi hazırda məhkəmə baxışındadır.Ancaq ittiham olunan şəxs hələlik ifadə verməyib.Söhbət bir mənzilin bir neçə nəfərə satılması şəklində həyata keçirilən dələduzluq əməlindən gedir.Q.Süleymanov bundan əvvəl başqa cinayət əməli üzrə təqsirli bilinib və hazırda həbsdədir. Həbsdə olduğu müddətdə ona yenidən dələduzluq maddəsi ilə, bu dəfə ayrı epizod üzrə ittiham irəli sürülüb və bu iş üzrə məhkəmə prosesi başlayıb. Q.Süleymanovun həyat yoldaşı isə deyir ki, onun ərini şərləyiblər və törətmədiyi əməli zorla boyuna qoyublar.

Sevda Süleymanova iddia edir ki, yoldaşı Qüvvətəli Süleymanov uzun illər tikinti sahəsində işləyib, vətəndaşların evlə təmin olunmasına çalışıb, xeyriyyəçilik edib. İş adamı olan Qüvvətəli Süleymanova tikinti şirkətlərində sərf etdiyi sərmayənin, ona çatan əmək haqqının əvəzi olaraq bir neçə mənzil verilib. Amma şərikləri ona məxsus əmlakları ələ keçirərək iş adamını həbs etdiriblər. Zərərçəkmiş hazırda bu qanunsuz prosesin davam etdiyindən və kifayət qədər dəlil olduğu halda işə obyektiv yanaşılmadığından gileylənib.

“Həyat yoldaşımı azad etsinlər, heç nə istəmirəm”
“Həyat yoldaşımı azad etsinlər, heç nə istəmirəm”

Geri qayıt