Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Şapka" Mamedin daha bir qurbanı...

"Şapka" Mamedin daha bir qurbanı...


10-06-2017, 14:17
"Şapka" Mamedin daha bir qurbanı...
DİA.AZ: - Neftçala rayonu Aşağı Surra kənd sakini Rahm Zamanxan oğlu İmanov redaksiyamıza müraciət edərək, başına gələn ilginc olayları danışıb. Vətəndaş ondan asılı olmayan səbəblərə görə əvvəlcə borca, sonra isə Mərkəzi Bankın kredit reyestrində problemli müştərilər siyahısına düşdüyünü deyir. Borc ödənilsə də, adının siyahıda qalmağı sahibkara yeni iş qurmğa imkan vermir.

Rahim İmanov DİA.AZ-a bildirir ki, onun əsas fəaliyyəti heyvandarlıq da daxil kənd təsərrüfatı məhsullarının istehsalıdır. Öz şəxsi təsərrüfatına aid olan 40 haktarlıq ərazidə əkin aparıb, eyni zamanda, kənd sakinlərindən süd qəbul edərək ərazidə yaradılmış süd emalı müəssisəsinə təhvil verib. Bu iş gəlirli olub. Amma adam, necə deyərlər, oturduğu yerdə, qəfil zərərə düşüb.

Aldanmağına səbəb Azərbaycan Banklar Assosasiyası Rəyasət Heyətinin üzvü, “Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti (bank olmayan kredit təşkilatı) idarə heyətinin sədri, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətində Müşahidə Şurasının sədri və “Turanbank”ın sahibi Məmməd Müsayevə inanmağı olub.

Müsahibimiz dia-az.life-a bildirir ki, M. Musayev 2007-2011-ci illərdə Salyan süd emalı zavodunun qeyri-rəsmi rəhbəri olub, sahmdarlar isə onun yaxın qohum-əqrabsıyla yanaşı, “Aqrarkredit” QSC-nin Salyan filialının müdiri Vaqif İslamov olub. “Şef”in başı bankçılıq məsələlərinə qarışdığından müəssisənin işini daha çox sonuncu aparıb. Zavodun fəaliyyəti ürəkaçan olmadığından, M. Musayev Rahim İmanovu zavoda dəvət edərək, südün tədarükünü artırmağı, gündəlik 3-4 min litrə çatdırmağı xahiş edib. Həmin vaxt zavodun, tadarük edilmiş südə görə 20 min manat borcu olub. R. İmanov bu borcun qaytarılması və nağd ödəmə həyata keçirməklə tadarükü artırmağın mümkün olduğunu bildirib.

“Məmməd müəllim dedi ki, hazırkı vaxtda zavodun bu borcu ödəmək imkanı yoxdur. Təklif etdi ki, adıma “Aqrarkredit”dən illik 7 faizlə 15 min, “Turanbank”dan isə illik 18 faizlə 10 min manat kredit rəsmləşdirilsin və müəssisənin işi qaydaya düşənədək bu pulla həm süd tədarükünə görə yaranmış borc bağlanılsın, həm də yeni ödəmələr həyata keçirilsin. Dedi qətiyyən narahat olma, zavod da, bank da mənimdir. Razılıq verəndən bir həftə ərzində kredit məsələsi həll olundu.”

R. İmanov bildirir ki, o, vədinə əməl edərək gündəik süd tadarükünü 3500 litrə çatdırıb. Amma yenə də təhvil verilən südün pulunu ala bilməyib. Nəticədə zavodun tədarükə məsul şəxsə borcu ümumilikdə 45 min manat olub. Eyni vaxtda vətəndaşın adına kredit sənədləşdirildiyinə görə baklar qarşısında da aylıq ödəmə öhdəliyi olub və ilk vaxlar bunu şəxsi mal-qarasını satmaqla yerinə yetirib.

Sonradan məlum olacaq ki, Məmməd müəllim onun adına kredit kimi götürülmüş pulu da zavodun gəlirinə daxil edib. Və günün birində müəssisəni “Nurgün agro”ya sataraq (qeyri-rəsmi məlumata görə 5 milyon manata) aradan çıxıb.

M. Musayev bununla da kifayətlənməyib. R. İmanova 45 min manat borclu olduğu halda, “Turanbank”dan götürdüyü kreditin ödənişini gecikdirdiyinə görə ona qarşı Neftçala rayon məhkəməsində iddia qaldırılıb. Hakim məsələdən agah olandan sonra iddianı təmin etməyib, deyib kişnin pulunu verin ki, o da sizə olan borcu qaytarsın.

R. İmanov uzun-uzadı danışıqlarla, çox böyük çətinliklə 2016 ci ilədək zavoddan 45 min manatı hissə-hissə alıb və banklara qalıq borcu gecikmə ilə ödəyib. Amma yeni iş qurmaq üçün əlində pulu qalmayıb.

Adı “problemli müştərilər” siyahısına düşdüyündən, indi müraciət etdiyi bank və kredit təşkilatları ona heç kiçik həcmli də borc vermir. Vətəndaş bildirir ki, bütün baş verənlərdən “Aqrarqkredit”in Salyan filialının rəhbəri Vaqivf İslamovla Məmməd müəllimin köməkçisi Fazil Rüstəmov da halidr:

“Mən əlaqədar qurumlara, elə Məmməd müllimin özünün sahibi olduğu “Turanbank” və “Aqrarkredit”dən xahiş edirəm ki, Mərkəzi Bankın etibarsız müştərilər reyestrindən adımın təmizə çıxmasına yardımçı olsunlar.

Formal olaraq adıma sənədləşdirilən kredit faktiki olaraq süd zavodu üçün istifadə edilib və faydasını da bu müəssisə görüb. Daha mənim olanlara qarşı iddiam yoxdur, bircə adımın təmizə çıxarılmağı lazımdır k, yenidən kredit ala və işimi davam etdirə bilim. Hazırda 15 ha pambıq əkmişəm, becərmə işini aparmaq üçün maliyyə tapa bilmirəm. Mal-qara fermamın sadəcə boş ərazsi qalıb, hər şey satılıb. Adım təmizə çıxarılsa, hər şeyi təzədən qura, ölkəmizin inkişafına, kənd təsərrüfatının dirçəlməyinə öz töhfəmi verə bilərəm.”

Geri qayıt