Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakının mərkəzindəki ailəvi restoranda erotik kliplər yayımlanır

Bakının mərkəzindəki ailəvi restoranda erotik kliplər yayımlanır


12-06-2017, 11:35
Bakının mərkəzindəki ailəvi restoranda erotik kliplər yayımlanır
Ağ Şəhər Bulvarında yerləşən "Marina" restoranında 16+ formata uyğun kliplər nümayiş olunur.

Bu haqda AZXEBER.COM-a həmin restoranın müştərilərindən biri məlumat verib.

Şikayət məktubunda deyilir: "Ağ Şəhər Bulvarı ərazisində yerləşən "Marina” restoran-kafesində Açıq şəkildə 16+ formata uyğun video-roliklər nümayiş olunur. Həmin ərazidə, ailəli insanlar öz azyaşlı uşaqlarıyla istirahət edirlər, dincəlirlər, həmçinin restoranın təklif etdiyi xidmətlərdən istifadə edirlər. Restoranın nümayəndəsinə yaxınlaşıb bildirildi ki, xahiş edirik həmin görüntüləri bağlıyın, ya da başqa hər kəsə uyğun görüntülərlə əvəz edin, lakin buna məhəl qoymadılar. Bu nə dərəcədə düzgündür?"

Hətta bu kliplər o qədər açıq-saçıqdır ki, telekanal özü də ekrana 16+ yazıb.

Şikayətçi həmçinin onu da deyib ki, restoran rəhbərlyi həmin ərazidə yalnız rus musiqi kanallarının yayımını həyata keçirir. Müştərilər dəfələrlə yerli kanalların yayımını tələb etsə də, "bizdə belədir xoşunuz gəlmirsə oturmayın" cavabını eşidiblər.

Həmin ərazidən çəkilən videonu təqdim edirik:


Geri qayıt