Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ramazanda əfv olacaqmı?

Ramazanda əfv olacaqmı?


20-06-2017, 11:24
Ramazanda əfv olacaqmı?
Ramazan bayramı yaxınlaşır. Müsəlman ölkələrində bu bayramda ən çox sevinən bəzi hallarda məhkumlar olub. Çünki dövət başçıları bəzən bu bayramla əlaqədar əfv sərəncamı imzalayıb.

Azərbaycanda da Ramazan bayramında əfvə düşən məhkumlar belə bir sərəncamın verilməsinə ümidlidirlər. Bəs, dövlət başçısının belə bir sərancamı gözlənilir?

Bu suala cavab axtarmazdan öncə qeyd edək ki, əslində, Ramazan ayında əfv sərəncamının verilməsi bu ayın müqəddəsliyini bir qədər də artırmış olar və bu bayram hər zaman məhkumların ailəsində xoş bir gün kimi anılar.

Müsəlman ölkələri olan İran və Türkmənistanın Ramazan bayramı münasibətilə əfv sərəncamı imzalaması bu bayramın müqəddəsliyinin bir daha önə çəkildiyini göstərir. Odur ki, bu bayramı biz də bir müsəlman ölkəsi olaraq önə çəkməliyik.

“Ramazan bayramında əfv sərəncamı gözlənilirmi?” deyə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevə müraciət etdik.

“Bügünlərdə Əfv Komissiyasında iclaslar keçirilməyib”

Ə.Nuriyev Hurriyyet.org-a Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən genişmiqyaslı əfv sərəncamı imzalandığını xatırlatdı: “Əfv sərəncamına görə 423 nəfər cəzadan azad edildi. Həmin əfv sərəncamından cəmi 3 ay keçib. Qısa bir müddət ərzində yeni əfv sərəncamının imzalanmasını düşünmürəm. Amma hər halda, Azərbaycan Respublikası Prezidentinin əfv etmək konstitusion hüququdür. O, istənilən vaxt belə bir əfv sərəncamını imzalaya bilər. Nəzərə almaq lazımdır ki, bügünlərdə Əfv Komissiyasında iclaslar keçirilməyib. Baxmayaraq ki, Əfv Komssiyasının katibliyi və Prezident Administrasiyasının hüquq mühafizə orqanları və müdafiə məsələsləri üzrə iş şöbəsinin əfv sektoru hər gün işləyir, ora hər gün müraciətlər daxil olur və bu müraciətlər emal olunur, müvafiq rəylər alınaraq hər bir müraciət edən şəxs barəsində arayış hazırlanır. Onlar gələcəkdə Əfv Komissiyasının iclasına hazırlanmaq üçün müvafiq porsedurları keçir. Ona görə, daimi işləyən bir qurumdur, amma yaxın günlərdə əfv sərəncamının olması haqqında hər hansı bir məlumatım yoxdur və düşünmürəm ki, belə tezliklə yeni əfv sərəncamı verilsin”.

“Elə müraciətlər var ki, qanunvericiliyə uyğun deyil”

Ə.Nuriyev qeyd etdi ki, müracətlər katiblikdə cəmlənir: “Hər zaman da müraciətlər olur. Ötən dəfə biz il ərzində 850-dən artıq müraciətə baxmışdıq. İstənilən daxil olan müraciətə baxılıb, qiymətləndirilir. Əlbəttə, elə müraciətlər var ki, qanunvericiliyə uyğun deyil. Çünki hər hansı cəza almış şəxs cəzanın xarakterindən asılı olaraq cəzanı müəyyən müddət çəkdikdən sonra həmin şəxslə bağlı müraciət etmək hüququ yaranır. Kim ki, vaxtından əvvəl müraciət edibsə, belə müraciətlərə baxılmır. Amma müraciət etməyə hüququ çatan şəxslərlərin müraciəti ilə bağlı müvafiq arayış hazırlanır və Əfv Komissiyasına təqdim olunur. Əfv Komissiyasının iclasında da arayışa baxılır və müvafiq rəy verilir”.

“Hamının qanun qarşısında bərabərlik hüququna istinad edərək, hər kəsin müraciətinə bərabər yanaşma tətbiq olunur”

“Daxil olan müraciətləri o müəyyənləşdirmir ki, siyasi cəhətdən aktiv və yaxud qeyri-aktiv olan şəxslər müraciət edib. Hamının qanun qarşısında bərabərlik hüququna istinad edərək, hər kəsin müraciətinə bərabər yanaşma tətbiq olunur və bütün koteqoriyadan olan məhkumlar müraciət edir”, - deyə komissiya üzvü vurğuladı.

“Əfv sərəncamı ola bilər”

Hüquqmüdafiəçisi Novella Cəfəroğlu isə əfv fərmanının veriləcəyinə ümid etdiyini bildirdi: “Bizə hələ bu barədə məlumat gəlməyib. Amma ümid edirik ki, əfv fərmanı ola bilər”.

“Müraciətlər çoxdur”

Novella Cəfəroğlu dedi ki, əfv üçün müraciətlər çoxdur: “Biz öz tərəfimizdən hər şeyi etmişik. Sadəcə olaraq buna Əfv Komissiyası baxır. Əfv Komissiyasının yığışıb-yığışmamağı bizə məlum deyil. Onu öyrənib deyərik”, - dedi hüquq müdafiəçisi.

Geri qayıt