Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rövşən Bağırov taxılçılığa belə zərbə vurur

Rövşən Bağırov taxılçılığa belə zərbə vurur


1-07-2017, 13:52
Rövşən Bağırov taxılçılığa belə zərbə vurur
Ölkədə taxıl yığımının qızğın çağı olsa da, Kənd Təsərrüfatı Nazirliyi hər il olduğu kimi, bu il də taxıl biçiminə və məhsulun vaxtında, itkisiz toplanmasına hazır deyil. Texnika, xüsusən də taxılbiçən kombayınların çatışmamazlığı nəticəsində sahələrdəki məhsullar itkiyə səbəb olur və bununla da vətəndaşlara ciddi ziyan dəyir. Hava şəraitinin qeyri-sabit keçməsi, məhsulun vaxtında yığılmaması və heyvanların taxıl sahələrinə girməsi nəticəsində fermerlərə və fiziki şəxslərə çox ciddi ziyan vurmaqla yanaşı, itkiyə yol açır. Bu proses davam etməkdədir. Nə yerli icra hakimiyyəti orqanları, nə də Kənd Təsərrüfatı Nazirliyi, nə Aqrolziinq təşkilatı məhsulun vaxtında yığılması istiqamətində ciddi addımlar atmır. Bu proses daha çox dağ və dağətəyi rayonlarda müşahidə olunmaqdadır. Bəzi dağ rayonlarında isə əkin sahəsi az olan insanlar taxılın itkiyə getməməsi və ciddi ziyan dəyməməsi üçün keçmiş üsulla, əl ilə yığmaq zorunda qalıblar. Onlar əkin sahələrini dəryaz, oraq və çinlə biçərək taxıllarını toplayırlar. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyatı qurumlar yığıma hazır olduqlarını bəyan etsələr də reallaıq bunun tam əksini göstərir. Fermerin və ya kəndçinin indiki mərhələdə bir gün vaxt itirməsi isə xeyli miqdarda məhsul itikisi deməkdir. Bu da fermer və kəndçidə əkinə olan marağı azaldır.
Taxıl yığımı ilə bağlı yaranan problemlə bağlı Lerik rayon sakinlərindən Gununsesi.info-ya daxil olan məlumat yuxarıda dediklərimizi bir daha sübut edir.
Belə ki, Lerikin Vistən, Birkandul, Rəzəvul, Nüvədi və digər kənd sakinləri taxılbiçən kombaynlarının olmaması nəticəsində əkinlərini yığa bilməməsindən və taxıl əkin sahələrində məhv olmasından ciddi narahatçılıq keçirdiklərini dilə gətiriblər.
Adı çəkilən kənd sakinləri yaranmış vəziyyətlə bağlı Lerik Rayon İcra Hakimiyyətinə, rayon kənd təsərrüfatı idarəsinə, yerli icra nümayəndəsinə, bələdiyyə rəhbərliyinə dəfələrlə etdikləri müraciətlər isə nəticəsiz qalıb.
Lerik RİH və aidiyyatı orqanları texnika həddən ziyadə az olduğundan kəndiçələrə yardım edə bilməyəcəkləri cavabını veriblər.
Yerli icra hakimiyyəti orqanlarından nəticə olmadığından problemin tezliklə aradan qaldırılması məqsədi ilə iyulun 1-də məcburiyyət qarşısında qalaraq Prezident Administrasiyasına müraciət ünvanlayıblar.
Problemlə bağlı Gununsesi.info olaraq Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlanılıb. O, bildirib ki, vəziyyəti öyrənib geniş məlumat verəcəyini desə də, ondan xəbər çıxmır. İki gündür ki, onunla əlaqələrimiz də nəticə vermir. Belə ki, edilən zənglərə cavab verilmir.
Vaxt isə gedir. Hər səhəri ümidlə açan Lerik kəndlərinin əhalisi bu, dərdlərinə əlac edə biləcək və məhsullarını əkin sahələrindən yığmağa yardımçı olacaq bir şad xəbər gözləyirlər. Gözləri yollara dikilən məyus vəziyyətə düşən kəndçilərin ümid işığı isə getdikcə sönməkdədir. Onlar deyir ki, əgər bir neçə gün ərzində dərdimizə əlac tapılmazsa, o zaman sahələrdəki taxıl tamamilə məhv olacaq və məhsul ələ gəlməyəcək. Bir yandan dağ rayonu olan Lerikdə havalarında qeyri-sabit keçməsi, digər tərəfdən heyvanların əkin sahələrinə ziyan vurması məhsulu məhv edir. Odur ki, aidiyyatı qurumlar təcili olaraq bizə yardım edib, gözümüzü dikdiyimiz qış azuqəmizin və ehtiyatımızın sahələrdən tezliklə yığılmasına bir çarə qılsınlar.
Bir daha qeyd edirik ki, bu vəziyyət təkcə Lerikdə deyil, respublkanın digər rayonlarında da müşahidə olunmaqdadır.


Rövşən Bağırov taxılçılığa belə zərbə vurur
Rövşən Bağırov taxılçılığa belə zərbə vurur
Rövşən Bağırov taxılçılığa belə zərbə vurur
Rövşən Bağırov taxılçılığa belə zərbə vurur
Rövşən Bağırov taxılçılığa belə zərbə vurur
Rövşən Bağırov taxılçılığa belə zərbə vurur
Rövşən Bağırov taxılçılığa belə zərbə vurur
Rövşən Bağırov taxılçılığa belə zərbə vurur
Geri qayıt