Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qovlarda “ata-bala internat”ı
Qovlarda “ata-bala internat”ı7-07-2017, 11:32 |
Elchi.az redaksiyasina Tovuz payonunun Qovlar şəhərindən şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik: "2006-cı ildən bədəntərbiyə müəllimi kimi fəaliyyət göstərən Hümbətov Rauf Eldar oğlu işlədiyi müəssisədən ayrılmadan Gürcüstan Respublikasından hansısa yollarla ədəbiyyat ixtisası üzrə müəllimlik diplomu alıb. Halbuki Gürcüstanda Azərbaycan və Rus dillərində nə bolmə nə də institut fəaliyyət gostərir. Raufun atası Eldar bilərəkdən ki, oğluna aldığı diplom saxdadır, buna baxmayaraq oğlunu direktoru işlədiyi Qovlar İnternat məktəbində ədəbiyyat müəllimi kimi işə göturərk 3 il dövlətin pulunu saxta yolla mənimsəmişdilər. 2015-2016- cı tədris ilində dövlət tərəfindən diplomlar yoxlanılan zaman həmin diplom saxta olduğu üzə çıxdı. Bundan sonra Eldar müəllim oğlu Raufu internata təsərüfat müdiri vəzifəsinə təyin etdi. 1 ildən sonra yoxlama zamanı oğlunun imzası ilə mənimsənilən, belə ki, məktəbin həyətində Sovet dövründən qalan borular, su çənləri, istilik radioatorları, piltələr, məktəbə verilmiş soyuducular özu üçün tikdirdiyi obyektlərin içərisində hal–hazırda ğöz qabağındadır. Bundan başqa məktəbin yüz çarpayılıq yataxanasında guya il boyu hər axşam yüz şagird yatır. Halbuki, ilboyu burada 6-10 nəfər şagird qalıb. Sənədlərdə yüz nəfərdən təşkil olunan tərbiyə quruplarının tədris-tərbiyə işlərini saxta yolla oğlu Raufun həyat yoldaşı Şölənin və özünə yaxın bildiyi işçilərin adına yazaraq dövlət vəsaitini talan ediblər. Xəstə qruplarada birinci siniflərdən tutmuş sonuncu siniflərədək dərslərin 90%-i öz ailə üzvülərinin adına yazılıb və il boyuda həmin adamlardan bir nəfər də olsun şagirdləri tanımayıb. Yalnız saxda yolla jurnalları tərtib edərək dövlətin pulunu mənimsəyiblər. Xəstə qruplarda olan şagirdlərin yalnız 10-15 nəfərinin canlı özü var . Yerdə qalan xəstə siniflərdə şagirdlərin adları saxta yolla yazılıb. Özləri bəlkədə həyatda yoxdurlar. Xəstə quruplarda oxuyan şagirdlərin adına verilən təqaüd kartları valideyinlərdə yox direktor Eldar müəllimin cibindədir. Sual olunur işlədiyi az bir müddətdə necə olur ki, Hümbətov Eldar Səlim oğlunun üç maşın, üç ev, iki maqazin, Bakı şəhərində mülklər sahibidir. Bu qədər pulun hardan aldığını məhkəmə qarşısında cavab verməlidir. Eldar müəllim özünə internat məktəbinində böyük güclü "İmperya” yaradıb. Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələn vaxtlar direktor Eldar müəllimin cəbhəçi olduğuna görə dövlət əlehinə gedərək seçki bulletenlərini götürərək məntəqədən qaçmışdır. Həmin vaxdan Qovlardan baş götürüb qaçan Eldar müəllim 15 ildən sonra necə oldu ki, İnternat məktəbinə direktor gəldi? 2008-ci ildən bu günə qədər ştat cədvəlində adı xadimə özü isə labarant kimi işləyən çoxlu işçilər var . Məktəbdə indi bilinməyir ki, təsərüfat müdrü kimdir. Bu vəzifə ali savadı olmayan bir qadının adına yazılmış, lakin həmin qadın labarant kimi ilə işləyir. Bununla məktəbə verilən avadanlıqları sərbəst silib mənimsəyə bilir. İl boyu müəllimlərə saxta yolla xəstəlik vərəqəsi aldır. Məcburi yolla xəstəliyə çıxarılan müəllimlər həmişəki kimi siniflərdə dərs kecib, lakin jurnalı başqa müəllimlərə yazdırıblar. Bu müəllimlərin hansı xəstəxanada, hansı çarpayıda yatdığı aydınlaşdırılmalıdır. Bu yollarla direktor Eldar müəlim böyük var –dövlət sahibi olmuşdur. Hörmətli radaksiya! Mənim yazdıqlarım internat məktəbində dövlət əmlakınin talanmasının kiçik bir qismidir. 2015-ci ildə Şura iclasında direktor Hübətov Eldar Səlim oğlu dediki bu qədər var dövlət mənə "Dövlət quşu " kimi qismət olub, bunada çoxlarının paxıllığı tutur. Bu nə deməkdir????….. Eldar müəllim özünü məktəbdə direktor kimi yox, şəxsi müəssəsinin "Kralı" kimi aparır. Eldar müəllim Direktor gələndən səbəbini özümdə bilmədən mənə dərs yükü az verməklə hədələyir. Xahiş edirəm ki, Qovular şəhər İnternat məktəbindəki bu qədər öz başnalıqların dərindən yoxlanılması aparılsın. Əgər mənim yazdıqlarıma rəsmi qaydada yanaşılmasa, İnternat məktəblərinin qeydinə qalan kimsəsizlərə arxa duran Vitse Prezdentimiz Mehriban xanm Əliyevaya müraciət edəcəyəm. Yazdıqlarımı imzamla təsdiq edirəm. Qovular şəhər İnternat məktəbinin fizika müəlliməsi Hüseyinova Ramidə Tapdıq qızı Geri qayıt |