Əsas Səhifə > Güney Press, Reklam > 2017-ci ilin ilk 6 ayında uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

2017-ci ilin ilk 6 ayında uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb


20-07-2017, 16:43
2017-ci ilin ilk 6 ayında uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb
Azercell Telekom MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 2017-ci ilin ilk 6 ayı üzrə hesabatını açıqlayıb. Yanvar-iyun ayları ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə ümumilikdə 1458 zəng daxil olub, onlardan 53-ü hüquqi, 28-i psixoloji, 15-i səhiyyə, 350-si - təhsil, 634-ü – sosial, 18 –i – zorakılıq, 5-i – fiziki, 40-ı – etinasızlıq, 315-i də digər müraciətlərlə bağlı olub.

Ümumilikdə qəbul edilən zənglərin 667-si şəhərdaxili, 781-i mobil zəng, 10-u mobil sms, 6-sı isə elektron məktub şəklində daxil olub. Hesabatda bildirilir ki, fəaliyyət göstərdiyi gündən indiyə qədər daxil olan müraciətlərin 1257-si psixoloji, fiziki, cinsi zorakılıqla bağlı olub və bu göstəricinin 270-i 2017-ci ilin ilk 6 ayı ərzində qeydə alınıb. Onu da qeyd edək ki, zorakılığa məruz qalanların 189-u qız, 81-i oğlandır.

“Gəncə Regional Uşaq Qaynar Xətt” xidməti isə 2017-ci ilin yanvar-iyun ayları ərzində 434 zəng qəbul edib, bunların 369-u şəhərdaxili, 65-i isə mobil zəng vasitəsilə olub.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti komandası eyni zamanda 6 ay ərzində həyata keçirdiyi tədbirlərlə də diqqət çəkib. Belə ki, onlar “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi”, “Özünə inam və özgüvən problemləri” və “Aqressiyamızı necə idarə edək?” mövzuları üzrə təlimlər veriblər. Gəncə regional "Uşaq Qaynar Xətt" xidməti isə 8-11-ci sinif uşaqları ilə görüşüb, Gəncə şəhər 1 saylı Tam Orta məktəbində Uşaq Qaynar Xətt Xidmətinin təqdimatını keçiriliblər.

Məlumat üçün bildirək ki, “Azərbaycan Uşaq Qaynar Xətt”-inin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fasiləsiz olaraq 24 saat fəaliyyət

göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb.

Geri qayıt