Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Göyçayda ÖZBAŞINALIQ

Göyçayda ÖZBAŞINALIQ


28-07-2017, 11:38
Göyçayda ÖZBAŞINALIQ
Teref.info-nun poçtuna daxil olan bu şikayətlə bağlı axır bir necə gündə mediada yazılar gedib. Lakin görünən odur ki, bu şikayətlər heç nir nəticə verməyib. Şikayəti sizə təqdim edirik:
Hörmətli redaksiya! Bir neçə aydır ki, Göyçay rayonunda dövlət tərəfindən əhaliyə ayrılmış əkin sahələrindəki azbes su boruları naməlum şəxslər tərəfindən xüsusi texnikadan istifadə etməklə çıxarılır və səmti bilinməyən (deyilənlərə görə Gəncə) istiqamətinə daşınır ki, bu da yerli camaatın narazılığına səbəb olur. Sakinləri razı salmaq üçün qeyri-qanuni yolla çıxarılan su borularının hər metrinə 1manat, 2 manat da təklif olunur. Mənim Bığır başı deyilən ərazidəki torpaq əkin sahəsindən də azbes su boruları ekskavator, traktor vasitəsilə adı məlum olmayan qurumun əməkdaşları tərəfindən çıxarılıbdır. Mən 2017-ci il iyul ayının 26-27-də mobil telefonla işi icra edən adını bilmədiyim şəxslə (mobil tel: 070-654-12-12) əlaqə yaratdım və onların özbaşına hərəkətlərinə qarşı narazılığımı bildirdim. Onlar mənə də su borusunun hər metrinə 2 manat təklif etsələr də razı olmadım. Həmin iş icraçısı özünü təqdim etmədi və onlarla, rəhbərləri ilə görüşmək istədiyimi bildirəndə isə yayındı. Rəhbərin Bakı şəhərində oturduğunu dedi.
Hansı müqavilə əsasında başqa əkin sahələrindən çıxardıqları azbes su borularını bu son vaxtlarda hara və kimin tapşıırığı ilə apardıqlarına, etdikləri haqsızlığa qanun qarşısında cavab vermələrini tələb edirəm. Xahiş edirəm redaksiyanız vasitəsilə tələbimin yerinə yetirilməsinə kömək edəsiniz.
Əziz Alməmmədov
Teref.info olaraq şikaətçinin təqdim etdiyi nömrəyə zəng edərək özümüzü təqdim etdik və bu nömrənin sahibinin həqiqətən Göyçay rayonunda camaatın pay torpaqlarından boru çıxardıb çıxardmadıqlarını və bunun nə qədər qanuni olduğunu soruşduq.
Müsahibimiz həqiqətən boruların onun çıxartdığınıdedi. Qanuniliyə qaldıqda isə, bu adamın əcəb elədiyini dedi????Özünü təqdim etməyini xahişimizə isə bunun üçün bizim Göyçaya gəlməli olduğumuzu təklif etdi.
Bu yazı yazılan zaman eyni nömrədən bizə zəng gəldi və zəng edən şəxs özünü Məmmədov Bağban Arif oğlu kimi təqdim etdi. Təmsil etdiyi şirkəti soruşduqda isə heç bir şirkəti təmsil etmədiyini və bizim Göyçaya gəlməmizi təklif etdi. O Göyçaya gəldiyimiz təqdirdə bizi bəzi sənədlərlə tanış edəcəyini vədd etdi. Biz ora gəlməyə ehtiyac olmadığını telefonla qarşı tərəf olaraq Bağban bəyin fikirlərini öyrənmək bizi qane etdiyini dedikdə isə ondan çox qəribə cavab aldıq.
"Müdiriyyət mənə telefonla nəsə danışmağa icazə verməyib."
Qəribə deyil mi? Bir dəqiqə əvvəl boruları çəxartmağın şəxsi təşəbbüsü olduğunu deyən adam indi müdiriyyətin qadağasından danışır. lakin nə qədər israrımıza baxmayaraq nə müdürünün nə də hansısa şirkətin adını çəkmədi və ancaq Göyçaya gələcəyimiz təqdirdə bütün bu suallara cavab verəcəyini deyərək telefonu qapatdı.
Hörmətli səlahiyyət sahibləri bəlkə Göyçay sakinlərini günün günorta çağı soyan adamların kim olduğunu üzə çıxardıb qanunlara hörmət etməyə dəvət edəsiniz.

Göyçayda ÖZBAŞINALIQ
Göyçayda ÖZBAŞINALIQ
Göyçayda ÖZBAŞINALIQ

Geri qayıt