Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > MTN işində agentura şəbəkəsinə ayrılan 3 milyon manatla bağlı sənədlər araşdırılır

MTN işində agentura şəbəkəsinə ayrılan 3 milyon manatla bağlı sənədlər araşdırılır


31-07-2017, 13:00
MTN işində agentura şəbəkəsinə ayrılan 3 milyon manatla bağlı sənədlər araşdırılır
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. İclasda dövlət büdcəsindən agentura şəbəkəsinin saxlanılması adı ilə 2 milyon 917 min manat pulun mənimsənilməsi epizodu üzrə sənədlər elan edilib.

Bildirək ki, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi tərəfindən əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşlara və etibarlı şəxslərə mükafat kimi verilməsi adı ilə 920.00 manat, 455.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin təyinatı üzrə xərclənməyərək ələ keçirilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim M

Geri qayıt