Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Kəlbəcərli köçkün dələduzluğun qurbanı olub
Kəlbəcərli köçkün dələduzluğun qurbanı olub2-08-2017, 13:02 |
Kəlbəcərli məcburi köçkün Rafiq Hacıyev çıxılmaz vəziyyətdə qalıb. Bu barədə Modern.az-a onun vəkili Şəlalə Tağıyeva məlumat verib. Vəkil bildirib ki, Mingəçevridə Dilqəm Əliyev adlı şəxs Rafiq Hacıyevə qarşı dələduzluq edib: “Dilqəm tipoqrafiya və poliqrafiya sahəsində çalışır, həm də qeyri-rəsmi olaraq “Samux” şadlıq sarayının sahibidir. Onun köhnə yük maşını var. O , həmin maşını bir neçə adama “satıram” deyib yalandan adına sənədləşdirir, sonra məcburi qaydada geri alır. Onun növbəti qurbanlarından biri də müvəkkilim Kəlbəcərdən olan məcburi köçkün, şəhid qardaşı Rafiq Hacıyevdir. Onu da qeyd edim ki, maşın bərbad vəziyyətdədir, təmirə ehtiyacı var. Təmirdən sonra həmin maşınla yaxşı pul qazanmaq olar. Dilqəm on səkkiz min manata maşını Rafiqə satıb. Onlar danışıblar ki, Rafiq 18 min manatı aybaay Dilqəmə ödəyəcək. Rafiqi aldadıb1 saylı notariusa aparıb müqavilə bağlayıblar. Sənəddə isə qeyd edilib ki, guya, Dilqəmin oğlu 1 il müddətində qaytarmaq şərtilə Rafiq Hacıyevə 18 min manat borc pul verir. Rafiq Hacıyev isə müqavilənin maşın müqaviləsi olduğunu zənn edib”. Vəkil Ş.Tağyeva bildirib ki, bundan sonra Rafiq 12 min manata yaxın xərc çəkib maşını təmir etdirməyə başlayıb: “Üç usta tutub, onlardan ikisi Mingəçevirdəndir, biri Goranboyun Ovsunlu kəndindən. Dilqəm Rafiqə deyib ki, maşını sürmək üçün etibarnamə verəcək, amma onu da verməyib. Rafiqin özünün “Opel” markalı avtomobili var. Daha sonra Dilqəm deyib ki, “Rafiq mən bu maşının pulunu verəcəm, “Opel” markalı maşını mənə ver”. Rafiq də maşını Dilqəmə verib. Dilqəm də həmin maşını öz oğlunun adına sənədləşdirib. Prosesin gedişində Rafiqin atası 4 dəfə hər ay Dilqəmə 1000 manat verib. Daha sonra Rafiq Dilqəmə pulu ödəyə bilmədiyini deyir. Dilqəm də deyib ki, gəl maşını satdığa qoyaq. Amma maşın satılmayıb. Dilqəm sonra Rafiqə deyib ki, “apar işlət”. 8 gündən sonra Dilqəmin oğlu Rafiqə hücum edib, qabağını kəsib ki, “maşının yiyəsi mənəm, sən onu oğurlamısan”. Daha sonra məhkəməyə müraciət edib. Müraciətində göstərib ki, guya Rafiq ona icarəyə verilən maşını oğurlayıb. Dilqəm məhkəmədən maşını və üstəlik 8500 manat pul tələb edib. Hazırda məhkəmə prosesi gedir. Qarşılıqlı iddia qaldırmışıq: 12 min manat təmir xərcləri, 4 min manat aylıq ödəniş və 5 min manat da “Opel”in qiymətidir. Biz işə prokurorluqda baxılmasını istəyirik”. Geri qayıt |