Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Bilirəm ki problemimi ölkə başçısına çatdırsalar, o dərhal lazımi tapşırıqlar verər"
"Bilirəm ki problemimi ölkə başçısına çatdırsalar, o dərhal lazımi tapşırıqlar verər"3-08-2017, 12:50 |
Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsi 4 ünvanında məskunlaşmış Cəbrayıl rayonundan məcburi köşkün düşmüş Adilə Həsənovanın çıxılmaz problemi ilə sizləri tanış etmişik. O, 1993-cü ildən uçub-dağılmış, qəzalı vəziyyətdə olan, qışqa başına yağış tökülən idarə binasında məskunlaşıb. Deyir ki, bir balaca yağış yaşan kimi evinin içi göl olur. Əlinə keçən qab-qacağı, vedrə, vannanı evin içinə düzür ki, az da olsa yağış suyunun qarşısını alsın. Uzun əllərdir bu vəziyyətdə yaşayan Adilə Həsənovanın yaşadığı idarə binasının həyəti də yaşayış üçün əlverişsizdir. Antisanitariya baş alıb gedir. Hər an qorxulu infeksiyanın yayılması üçün münbit şərait var. Amma nə olsun ki, Adilə Həsənova yaşayışı ilə bağlı döymədiyi qapı, yazmadığı ünvan qalmayıb. “Ölkə başçısından tutmuş Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə kimi bir çox dövlət qurumlarına rəsmi məktublarla müraciətlər etmişəm. Amma yazılı müraciətlərimə heç bir yazılı cavab verilmir. Bilirəm ki problemimi ölkə başçısına çatdırsalar, o dərhal lazımi tapşırıqlar verər. Bilirəm ki yazdığım müraciətlər cənab prezidentə verilmədən araşdırılması üçün Qaçqınkoma göndərilir. Oradan isə mənə müsbət cavab verilmir”, deyə Kivnews.com-a açıqlamasında məcburi köçkün bildirdi. Adilə Həsənova qeyd edir ki etdiyi müraciətlərə cavab verilmədiyindən məcbur qalaraq problemini ictimailəşdirmək qərarına gəlib: “Mətbuat bu məsələyə diqqət ayırandan sonra məni Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə dəvət etdilər. Komitə sədrinin müavini Garay Fərhadov məni qəbul etdi. Amma mənə heç bir ümid vermədi. Mənə deyir gəl səni göndərək Biləsuvara. Mən Biləsuvara getsəm, tələbə övladlarım bəs harada qalacaq. Belə məsuliyyətsizlik olmaz. Ona görə də, tələbimin üzərində qalıram. Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyi kimi tanınan ərazidə 50 mənzilli bina tikilib. Məni orada evlə təmin etsinlər. Bütün dövlət qurumlarına etdiyim müraciətlər də bununla bağlıdır. Məni boş sözlərlə ümidli etməsinlər. Garay müəllimlə görüşəndə onun da diqqətinə çatdırdım ki, əgər bu dəfə də evlə təmin olunmasam o binanı qana boyayacam. Məni sonra kimsə qınamasın. Mənim yaşayış şəraitimlə hər kəs tanışdı. Tanış olmaq istəyənlər isə gəlib baxa bilərlər”. Adilə Həsənova əlavə etdi ki evlə təmin edilməyənə kimi susan deyil: “İtirəcəyim heç nə yoxdur. Övladlarıma görə yaşayıram, ona da imkan versələr. Dünən mənə yenidən “Qaçqınkom”dan zəng gəldi. Nə etmək istədiklərini bilmirəm. Amma zənglərlə məni nəyəsə ümid etməsinlər. Xahişim və tələbim odur ki, konkret problemimi həll etsinlər. Ondan sonra susa bilərəm, əks halda görəcəklər o binanın qarşısında hansı tufan qoparıram. Başa düşürəm atacağım addım dövlətin adına ləkədir. Ona görə də məni buna məcbur etməsinlər”. Kivnews.com Geri qayıt |