Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əbülfəs Qarayevin "Dədə Qorqud" müəmması...
Əbülfəs Qarayevin "Dədə Qorqud" müəmması...7-09-2017, 11:57 |
"Dədə Qorqud" dastanı əsasında ekranlaşdırılacaq çoxseriyalı filmin çəkilişlərində problem yaranıb. Metbuat.az xəbər verir ki, prezident İlham Əliyev 2013-cü ildə "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalamışdı. Filminin çəkilişi ilə bağlı Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılmışdı. Filmin ssenarisi xalq yazıçısı Anara, rejissor işi Ramiz Həsənoğluna aiddir. Bu ilin dekabrın 28-də ölkə başçısının sözügedən sərəncamın verilməsinin 4-cü ili olacaq . Ancaq təəssüflər olsun ki, çəkilişlərlə bağlı hansısa irəliləyiş və hərəkətliliyik gözə dəymir. Mədəniyyət və Turizm Nazirliyindən Metbuat.az-ın sorğusuna cavbab olaraq bildirdilər ki, filmlə bağlı bəzi işlər görülüb. Nazirliyinin kinomatoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovun sözlərinə görə, “Dədə Qorqud” kino layihəsi məcburən yarımçıq qalıb: “Serialın istehsalı maliyyə çatışmazlığı səbəbindən təxirə salınıb”. Geri qayıt |