Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mahir Quliyev parkdan da pul çıxarır...
Mahir Quliyev parkdan da pul çıxarır...8-09-2017, 11:39 |
Biləsuvarın icra başçısı Mahir Quliyev rayon mərkəzindəki Heydər Əliyev parkının içərisini satıb. Vizual.az-ın məlumatına görə, icra hakimi Biləsuvar RİH-lə üzbəüz olan H.Əliyev parkında geniş ərazini iş adamına peşkəş edib. Həmin yerdə “Rest-aran” açılıb və obyekt fəaliyyətə başlayıb. Bu azmış kimi, restoranın açılışında icra başçısı da iştirak edib, lentini kəsib, bunu sahibkarlığa dəstək kimi qiymətləndirib və Biləsuvar RİH-nin rəsmi saytında xəbər kimi yerləşdirilib. H.Əliyev parkı insanların istirahəti, gəzintisi, uşaqların əyləncəsi üçün nəzərdə tutulub. Parkın içində bir attraksion belə yoxdur ki, biləsuvarlılar övladlarını gəzməyə gətirsinlər. Amma icra başçısı parkın içini satıb restoran tikilməsinə şərait yaradıb, üstəlik sahibkarlığa dəstək kimi təqdim etməyə çalışıb. Bundan əlavə, rayonda hansısa kommersiya obyektinin istifadəyə verilməsi haqda informasiya icra hakimiyyətinin rəsmi orqanında yerləşdirilməsi və fotolarının yayımlanması absurddur. Bəzi məlumatlara görə, elə restoran icra başçısına yaxın şəxsə məxsusdur və bu biznesdə M.Quliyevin də əlinin olduğu deyilir. Onu da deyək ki, həmin obyekt işıq idarəsinin yeri olub və köçürülüb. İcra başçısı parkın həmin ərazisini boş saxlamayıb və satıb. Qarşı tərəfi dinləməyə hazırıq. Geri qayıt |