Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ziya Məmmədovun bacısı valideynlərin pulunu qaytaracaq?

Ziya Məmmədovun bacısı valideynlərin pulunu qaytaracaq?


25-09-2017, 14:49
Ziya Məmmədovun bacısı valideynlərin pulunu qaytaracaq?
“Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın Bakı Tikiş Evinin 40 manata satdığı məktəbli formalarını 120 manata liseyin şagirdlərinə zorla satdırması hələ də gündəm mövzusudur.

Axar.az xəbər verir ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı olan liseyin direktoru M.Məmmədovanın məhz bu əməlinə görə Təhsil Nazirliyi tərəfindən yoxlamalara başlanıldığı və onun işdən uzaqlaşdırıldığı bildirilsə də, valideynlərin pulu hələ qaytarılmayıb. Maraqlıdır, 120 manata məktəbli forması almağa məcbur edilən valideynlərə artıq ödədikləri məbləğ geri qaytaracaqmı?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələdən məlumatsız olduğunu bildirib: “Bu barədə məlumatım yoxdur”.

Qeyd edək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən kənarlaşdırılıb. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir. Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi isə BTE tərəfindən tikilən və 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata zorla satdırdığı barədə şikayətlərin olduğu göstərilir.

Geri qayıt