Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Lider TV-dən növbəti kütləvi İSTEFA

Lider TV-dən növbəti kütləvi İSTEFA


2-10-2017, 12:38
Lider TV-dən növbəti kütləvi İSTEFA
Lider TV-də əmək haqlarının gecikməsinə görə növbəti dəfə kütləvi istefalar başlayıb.

“Ölkə.Az”-ın telekanaldan əldə etdiyi məlumata görə, Lider TV-də yayımlanan “Səda” informasiya buraxılışının aparıcıları - Vüsalə Səid, Şəfiqə Elşən, idman jurnalisti Emin Ağa və digər şəxslər öz ərizələri ilə işdən çıxıblar.

Jurnalistlərin işdən ayrılmalarına səbəb kimi Lider TV-də bir neçə aydır ki, maaşların gecikməsi göstərilir.

Xatırladaq ki, son bir ildə Lider TV-dən xeyli sayda jurnalist istefa verib.

Lider TV-dən növbəti kütləvi İSTEFA
Lider TV-dən növbəti kütləvi İSTEFA
Lider TV-dən növbəti kütləvi İSTEFA

Geri qayıt