Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Ucar Aqro" MMC-nin toyuqlarında axundun "halal möhürü"

"Ucar Aqro" MMC-nin toyuqlarında axundun "halal möhürü"


14-10-2017, 12:09
"Ucar Aqro" MMC-nin toyuqlarında axundun "halal möhürü"
Son illər Azərbaycanda "halal kolbasa", "halal kəsim" tipli elanların sayı artmaqdadır. Müasir standartlara cavab verən, gigiyenik qaydalara tam uyğun məhsul istehsal etmək əvəzinə bəzi müəssisələr bu cür sözləri məhsullarının üzərində göstərməklə istehlakçıları aldatmağa çalışırlar.

"Ucar Aqro" MMC "halallıq" məsələsində digər broylerlərdən fərqli addım atmağa başlayıb. Belə ki, bu müəssisədə kəsilən toyuqların halal olmasını - yəni islami qaydalara uyğun aparılmasını rayonun axundu Hacı Elnur öz möhürü ilə təsdiq edir.

Ucar rayonunun axundu Hacı Elnurun "Ucar Aqro" MMC-nin toyuqlarının halal olmasını təsdiqlədiyi sənədin surəti sosial şəbəkələrdə yayılıb.

Axundun "Ucar Aqro" MMC-nin toyuqlarının islami qaydalara uyğun kəsildiyini təsdiqləyən sənəd geniş müzakirələrə səbəb olmaqla yanaşı, həm də, ciddi qınaq obyektinə çevrilib.

Qlobal.az

"Ucar Aqro" MMC-nin toyuqlarında axundun "halal möhürü"

Geri qayıt