Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “FF” tikinti şirkətindən ÖZBAŞINALIQ
“FF” tikinti şirkətindən ÖZBAŞINALIQ16-10-2017, 11:53 |
Bakının mərkəzində sakinlərin icazəsi olmadan yaşayış binasının altını qazıblar. Dilarə Əliyeva 141 ünvanında yerləşən binanın sakinləri Ələsgərova Müşgünaz, Hacıyeva Fəridə və Hacıyeva İradə saytımıza müraciət edərək binanın divarının uçduğunu və hazırda qəzalı vəziyyətdə olduğunu bildiriblər: “Bina “Qış parkı”nın yanında, Dilarə Əliyeva 141 ünvanında yerləşir. Qeyd etdiyim ünvana yaxın ərazidə hündürmərtəbəli bina tikmək üçün çoxdan katlavan qazılıb. Oradakı sakinlər isə köçürülüb. Lakin D.Əliyeva 141-də yerləşən binada hazırda yaşayış var və “FF” tikinti şirkəti, onun başçısı Tamilla İbrahimova bizlərə heç bir xəbərdarlıq etmədən, hətta bizimlə danışıq belə aparmadan yaşadığımız binanın altını qazdırıb. Sözügedən yaşayış binası köhnə ikimərtəbəlidir. Qazıntı nəticəsində insanların yaşadığı binanın divarı aşıb. Məcbur olub bir gün içində sakinlərin hamısını köçürüblər. Amma hara olduğunu demirlər. Fövqalədə Hallar Nazirliyi və polis də buna qarşı heç nə edə bilmir. Onların səlahiyyətində deyil. Sadəcə olaraq istəyirik ki, aidiyyatı qurumlar məsələ ilə məşğul olsunlar. Çünkü bu özbaşınalıqdır”. \\primetime.az\\ Geri qayıt |