Əsas Səhifə > Güney Press, Reklam > Belarusdan gələn nümayəndə heyəti STP ilə tanış olub
Belarusdan gələn nümayəndə heyəti STP ilə tanış olub18-10-2017, 07:55 |
DİA.AZ: - Azərbaycan – Belarus biznes-forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub. DİA.AZ xəbər verir ki, əvvəlcə STP-nin baş direktorunun birinci müavini Kamran Abbasovun iştirakı ilə geniş tərkibli görüş keçirilib. Qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir. Daha sonra qonaqlar təmsil etdikləri şirkətlər və gördükləri işlər haqqında məlumat verib. Qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və müxtəlif istehsal sahələri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün müəssisələri gəzib. İstehsal olunan məhsullar haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Hazırda 13 zavod və 30-dən artıq istehsal sahəsi fəaliyyət göstərir. Şirkətdə istehsal və idarəetmə sistemi beynəlxalq standartlar nəzərə alınaraq təşkil edilib. Bunun nəticəsi olaraq 2012-ci ildə İSO 9001 və İSO 18001 standartları üzrə layihədən uğurla keçmiş və müvafiq olaraq sertifikatlar əldə edib. STP-nin iş prosesini maraqla izləyən qonaqlar xoş təəssüratla ayrılıblar və qısa zamanda qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildiriblər. Geri qayıt |