Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şamaxı rayon Sabir qəsəbə məktəbində qalmaqal
Şamaxı rayon Sabir qəsəbə məktəbində qalmaqal19-10-2017, 14:59 |
Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində baş verənlər haqqında redaksiyamıza şikayət məktubu daxil olub . Məktub müəllifləri məktəbdə baş verən özbaşınalıqlardan bəhs ediblər. Məktəbin direktoru Babaşova Gülnurə Hacverdi qızının direktor olmasına baxmayaraq, rəhbərliyə aidiyyatı olmayan, məktəbdə müəllimə işləyən, anası Lütviyyə və bacısı Vəfa ilə birgə idarə edirlər. Adı çəkilən hər iki şəxs dərs bölgüsündən tutmuş ən xırda məişət məsələlərini də kollektivdə dava-dalaşa çəkməklə dərs mühitinin pozulmasına, şagird müəllim, valideyin məktəb, münasibətlərini də gərgin vəziyyətə gətirilməsinə səbəb olublar. Dərs yükünün bölgüsü məsələsində də, əvvəlcə ailə üzvləri təmin olunur. Anasına 34 saat,bir bacısına 30 saat, digər bacısı Hacıyeva Şəfaya şəhər 2 saylı məktəbə təçkilatçı müavin təyin olunmasına baxmayaraq vəzifə səlahiyyətini aşaraq 12 saat dərs verib. Yaşı 65-i keçmiş müəllimlərə öz marağı təmin olunmaqla dərslər verib. Nəticədə həmin dərslərin keçirilməsində yaranmış problemləri, xadimələrin və yuxarı sinifdə oxuyan qohumu olan şagirdlərin vasitəsi ilə təmin edir. Haqqı tapdanan müəllimlərə isə “kimə istəyirsiz deyin” deməklə özünün Təhsil Nazirliyində adamı olmaqla hədə qorxu gəlir. Müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün agentura şəbəkəsinin olmasını və hər şeyi nəzarət altında saxlamağı bacardığını xüsusilə hamının nəzərinə çatdırır. Hər iclasda müəllimlərə xatırlatmaqla tədrisdən çox dedi-qoduya yer ayırır. Müəllimlərdən hər ay yığılan 20-30 manat pulu kim bir gün gecikdirsə köməkçisi Arzu vasitəsi ilə evinə zəng vurdurur. Fakultətiv məşğələləri özünə yaxın adamlara yazmaqla pulları mənimsəyir. DQ dən yüksək bal yığan müəllimlər dərslə təmin olunmurlar. İbtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri verib . Hesablama palatasının yoxlamasından sonra yaranmış beş min manat cərimənin hər müəllimdən 100 manat yığmaqla cəriməni də müəllimlərin hesabına ödətdirib. Təzyiqdən cana doymuş bir neçə müəllim artiq ölkə başcısına Korrupsiya idarəsinə, Təhsil Nazirliyinə müraciət ünvanlayıb. P.S Yazıda adı kecən hər kəsin fikirini verməyə hazırıq. Geri qayıt |