Əsas Səhifə > Güney Press, Reklam > “Nar” şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir
“Nar” şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir26-10-2017, 08:20 |
Göstərdiyi rabitə xidmətlərini davamlı olaraq təkmilləşdirməklə öz abunəçilərinə sərfəli qiymətlər təklif edən “Nar” şəbəkənin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində apardığı işləri uğurla davam etdirir. Xüsusilə bölgələrdə 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətləri müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilmişdir. Görülən təkmilləşdirmə işlərinin uğurlu nəticəsi kimi, Aran, Lənkəran və Quba-Xaçmaz iqtisadi rayonları üzrə ATM xətlərindən IP texnologiyalı transmissiya xətlərinə keçid baş vermişdir. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) ötən illə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artmışdır. Qeyd edək ki, 3G IP texnologiyası istifadəçilərə daha mükəmməl və sürətli verilənlər bazası resurslarından faydalanmaq və daha keyfiyyətli səs xidmətlərindən istifadə imkanları yaradır. Adı çəkilən texnologiya informasiya ötürmə kanallarında genişlənməni təmin edir, ötürülən və qəbul edilən məlumatın son istifadəçiyə qısa zaman kəsiyində, yüksək keyfiyyətlə çatdırılmasına şərait yaradır. Məhz bu texnologiyanın tətbiqi ilə hər bir istifadəçiyə düşən sürət meyarı daha da yüksəlir, informasiyanın paylanması zamanı ortaya çıxa biləcək maneələr aradan qaldırılır və internet resurslarına çıxış imkanlarının istifadəçilər arasında bərabər şəkildə paylanmasına şərait yaradılır. 3G IP təyin edilmiş məlumat dəstini bəlli bir istiqamət üzrə istifadəçilər arasında paylayır. Bu isə, öz növbəsində, abunəçilərin internet üzərindən məlumat bölüşmələri, fərqli məlumat məhsullarının daşınması, məlumatın yüklənməsi və qəbulunun daha şəffaf surətdə həyata keçirilməsinə şərait yaradır. 3G IP texnologiyası sayəsində zəng zamanı “Uğurlu zəng nisbəti” (Call Setup Success Rate) xüsusiyyətinin təkmilləşməsi özünü bariz şəkildə nümayiş etdirir ki, bu da zəng müddətində əlaqənin yaranmasında ola biləcək xəta əmsalını minimuma endirir. Hazırda “Nar” 3G şəbəkəsinin 94%-i tamamilə müasir IP transmissiya texnologiyası üzərindən xidmət göstərir və bununla da istifadəçilər keyfiyyətli mobil rabitə xidmətlərindən faydalana bilirlər. Bakı və Abşeron yarımadası ərazisində isə 3G mobil şəbəkəsi tam olaraq IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərir. “Nar” şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Geri qayıt |