Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "10 gündür Kürdən su vuran motorları işlədən elektrik kəsilib"
"10 gündür Kürdən su vuran motorları işlədən elektrik kəsilib"30-10-2017, 11:06 |
Payızlıq taxıl bitkilərinin əkin vaxtıdır. Kür sahillərində yaşayan kənd sahibkarları pay torpaqlarında hektarlarla taxıl əkib. İndi onların suvarılma vaxtıdır, lakin 10 gündür ki, mexaniki vasitə ilə suvarılan sahələrə su verilmir. AFN xəbər verir ki, bu haqda kürqırağı rayonlardakı vəziyyətlə bağlı etiraz aksiyalarına hazırlaşan fermrlər adından hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib. Onun sözlərinə görə, suyun verilməməsinə səbəb dövlət qurumları arasında yaranmış mübahisədir: "Əsas səbəb kimi Maliyyə Nazirliyi, "Azərenerji" və Meliorasiya və Su Təsərrüfatı ASC arasında yaranmış anlaşılmazlıq göstərilir. Meliorasiya və Su Təsərrüfatı ASC "Azərenerji"yə olan borcunu ödəyə bilmir (halbuki sahibkarlar işıq və su pullarını vaxtında ödəyirlər). İki qurum arasında yaranmış mübahisə kürqırağı rayonlarda (Zerdab, Kürdemir, Sabirabad ) suvarmanı çətinləşdirib. Belə ki, 10 gündür Kürdən su vuran motorları işlədən elektrik kəsilib. Bu, iqtisadi təxribatdan başqa bir şey deyil. Ona görə ki, bu qurumların üçü də dövlət qurumudur. Bunlar öz aralarında razılığa gələ bilmədikləri üçün sahibkarlar ziyan çəkirlər. Əslində bu məmurların məqsədi sahibkarları incitmək, onları təsərüfatla məşğul olmaqdan bezikdirmək, əkilməmiş qalan torpaqları ucuz qiymətə ələ keçirərək bu sahəni monopoliyaya almaqdır. Sahibkarlar məhsulu yetişdirmək üçün hər hektara 120 manat xərcləyiblər (orta hesabla kiçik sahibkarlar 4-5 hektar yer əkib). Bu günə qədər hökumət tərəfindən verilən subsidiyanı kürdəmirli fermerlər ala bilməyiblər. Dəfələrlə yerli qurumlara müraciət olunsa da, problemlər aradan qaldırılmır". Geri qayıt |