Əsas Səhifə > Güney Press, Reklam > “Microsoft” Azərbaycandakı tərəfdaşları və sifarişçilərinə ən yeni cihazlarını təqdim edib
“Microsoft” Azərbaycandakı tərəfdaşları və sifarişçilərinə ən yeni cihazlarını təqdim edib30-10-2017, 14:49 |
DİA.AZ: - “Microsoft Azerbaijan” şirkəti Bakıda tərəfdaş və sifarişçiləri üçün təşkil etdiyi ikigünlük “Device Days” tədbiri çərçivəsində “Windows 10” əməliyyat sistemi üzərində işləyən ən yeni cihazları təqdim edib. DİA.AZ xəbər verir ki, tədbir iştirakçılarını giriş sözü ilə salamlayan “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov müasir dövrümüzdə məlumat təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini vurğulayıb, bulud texnologiyalarının bu sahədə yaratdığı yeni cərəyanlar və “Microsoft” korporasiyasının təqdim etdiyi xidmətlərin informasiya təhlükəsizliyi sahəsinə verdiyi töhfələrindən danışıb, həmçinin sabahkı gündə əmin olmaq üçün hər kəsi yeni texnologiyaları artıq bu gün tədqiq etməyə çağırıb. “Tərəfdaşlıq ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün əlverişli imkanlar yaradır və məhz bu, “Microsoft”un Azərbaycan bazarında prioritet istiqamətlərindən biridir. Bunula yanaşı, biz dövlət və kommersiya təşkilatları ilə əməkdaşlığımızı gücləndirəcəyik və ölkədə innovativ iqtisadiyyatın inkişafına öz töhfəmizi verməkdə davam edəcəyik. İstehlakçılara gəldikdə isə onu demək istərdim ki, bütün ölkələrdə bazar demək olar eyni olduğu halda, istehlakçılar olduqca fərqlənir – bizim alıcı lisenziyalaşdırılmış məhsulların əhəmiyyətini hələ tam anlamır”, - deyə Sərxan Həşimov qeyd edib. Öz növbəsində tədbirdə çıxış edən “Microsoft Russia” şirkətinin kommunikasiya üzrə meneceri Marat Xayrulin “Windows 10” əməliyyat sisteminin yenilənmələri, üstünlükləri və yeni imkanlarından, o cümlədən sözügedən əməliyyat sisteminin təhlükəsizliyi, idarə olunması və məhsuldarlığı barədə ətraflı məlumat verib. “Bu gün heç bir sahə informasiya texnologiyaların köməyi olmadan inkişaf edə bilməz. Bununla belə, kiberterrorçuluğun, kibercasusluğun və virtual əlaqələrin inkişaf etdiyi bir dövrdə informasiya təhlükəsizliyi sahəsində problemlər artıb. Mənşəyi məlum olmayan proqram təminatından istifadə maliyyə itkilərinə, şirkətlərin imicinin korlanmasına, şəxsi məlumatların itkisinə və ümumi məhsuldarlığın azalmasına gətirib çıxarır. Kiberhücumlar nəticəsində şirkətlər hər il milyonlarla dollar itirir. “Windows 10” əməliyyat sistemi “Windows”un indiyədək mövcud olan əməliyyat sistemləri arasında ən təhlükəsizidir“, - deyə Marat Xayrulin bildirib. İki gün davam edən tədbir çərçivəsində “Windows 10” üzərində işləyən cihazların sərgisi təşkil olunub, həmçinin “Windows 10 Fall Creators Update” yenilənməsi, “Office 2016” və “Mixed Reality”nin yeni imkanları nümayiş olunub. “Microsoft Device Days” tədbirinin iştirakçıları “Windows 10” üzərində işləyən müxtəlif cihazlar haqqında məlumat almaq və onları sınaqdan keçirmək üçün unikal imkan əldə ediblər. Geri qayıt |