Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bir aya yaxın istifadə etdikdən sonra..."
"Bir aya yaxın istifadə etdikdən sonra..."4-11-2017, 10:21 |
İki ay əvvəl Kontakt mağazalar şəbəkəsinin sərfəli telefon reklamı məni maraqlandırdı və sentyabrın 23-də bu reklama aldanıb, Samsunq j2 telefonu aldım. Alanda satıcı mənə bildirdi ki, telefonun yaddaşı 8 qb-dır və bunun 5 qb-tı sistem yaddaşıdır. Sənin istifadən üçün cəmi 3 qb qalır. Bu qədər yaddaş da mənə sərf etdiyi üçün telefonu götürdüm. Bir aya yaxın istifadə etdikdən sonra və cəmi 1 gb əlavə proqram yüklədikdən sonra yaddaş tam doldu və mən, telefonu aldığım mağazaya müraciət etdim. Mənə bildirdilər ki, “Link Servis”ə müraciət edim. Mən də 23 oktyabrda telefonu “təmir” üçün “Link Sevisə” verdim. Bir həftə telefon təmirdə qaldı və nəhayət 31 oktyabrda telefonumu mənə qaytardılar. Mən yenidən təxminən 1 qb-ta yaxın əlavə proqramlar yazdım və bu zaman telefon yenidən doldu. Mən yazdığım bütün proqramları sildim və məlum oldu ki, telefonun sistem yaddaşı, onların dediyi kimi 5 qb yox, 7,15 qb-dır. Yəni, əlavə proqram yazıb işləmək üçün cəmi 0.85 qbayt yer qalır. Başqa sözlə satıcının mənə vəd etdiyi 3 qbayt yer əvəzinə, telefonda cəmi 0.85 qb boş yer qalır. Mən yenidən “Link Servis”ə, daha sonra isə telefonu aldığım mağazaya müraciət etdim. Bu dəfə məni, Kontakt mağazalarının rəhbərliyi olan ABC Telekom-a göndərdilər. Oranın nümayəndəsi isə bildirdi ki, telefonda əsas yeri, yüklədiyin proqramlar tutur. Mən bildirdim ki, proqramların hamısı silinəndən sonra yenə də 0.85 qb yer qalır. Nümayəndə isə öz dediyini dəfələrlə təkrarlamaqdan başqa bir tədbir görmədi. Mənim şikayət edəcəyimlə bağlı isə bildirdi ki, - “gedin kimə istəyirsiniz, şikayət edin”. Mən, reklamlara aldanıb Kontakt mağazalar şəbəkəsindən mal alan insanlara bildirmək istəyirəm ki, reklamlara aldanmayın. Onlar yalan məlumatla insanları aldadıb, alınmayan malları saxta reklamla insanlara sırıyırlar. Firudin Kərimov fedai.az Geri qayıt |