Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Beyləqanda müəllimlərə sentyabr maaşı verilmir
Beyləqanda müəllimlərə sentyabr maaşı verilmir7-11-2017, 12:08 |
Beyləqan rayonunda orta məktəb müəllimləri əmək məvaciblərini ala bilmirlər. AzEuroNews.com-a verilən məlumata görə, sentyabrın 15 günlük əmək məvacibləri ödənilmir. Müəllimlərin əksəriyyəti aylıq kredit ödəyiciləridir. Onlara maliyyə problemi olduğu bildirilib. Müəllimlər isə Beyləqan Təhsil Şöbəsinin izahına inanmırlar. Müəllimlər maaşların ödənilməsində tez-tez belə gecikmələr olduğunu qeyd edirlər. Beyləqan Maliyyə Şöbəsinin süni əngəllərində hansısa maliyyə əməliyyatlarının aparılması şübhələri var. Təhsil işçiləri Maliyyə Nazirliyi və Təhsil Nazirliyi tərəfindən məsələnin araşdırılmasını gözləyirlər. Geri qayıt |