Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Eldar Mahmudov yenidən istintaqa çağırılıb
Eldar Mahmudov yenidən istintaqa çağırılıb10-11-2017, 12:52 |
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək. Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov APA-ya E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib. E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib. Geri qayıt |