Əsas Səhifə > Güney Press, Reklam > “Nar” şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi
“Nar” şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi14-11-2017, 08:21 |
Yarandığı ilk gündən abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərlə seçilən “Nar” özünün mobil rabitə şəbəkəsini təkmilləşdirməyə davam edir. 2017-ci ilin 2-ci rübündə mobil rabitə şəbəkələrinin müqayisəli testləri keçirilib və “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Mobil rabitə şəbəkələrinin sınaqları mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3 Communications” tərəfindən keçirilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri Azərbaycanın müxtəlif bölgələrində yerləşən şəhər, kənd, qəsəbə və magistral yollarda aparılıb. Tamamilə səyyar test şəklində təşkil edilmiş bu sınaqların 55%-i Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Quba kimi şəhərlərdə, digər hissəsi isə Xırdalan, Lənkəran, Qəbələ, Xaçmaz kimi daha kiçik şəhərlər, eləcə də şəhərlərarası yollarda təşkil edilib. “P3 Communications” şirkətinin apardığı sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanır. Qeyd edək ki, “Nar” 2017-ci il ərzində mobil rabitə şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirib. Bir müddət öncə mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Məhz bu kimi addımlar sayəsində, aparılmış test nəticələrinə görə “Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yaxşı mobil rabitə operatoru olduğu qəbul edilib. Belə ki, şəbəkənin əhatə dairəsinin genişlənməsi, mobil zəng və internet xidmətlərinin keyfiyyətnin artırılması məqsədilə bütün ölkə ərazisi boyunca baza stansiyalarının sayı əhəmiyyətli dərəcədə artırılıb. 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM texnologiyalı transmissiya xətləri üzərindən işləyən 3G baza stansiyalarının sayı üç dəfə azaldılıb və müasir tələblərə cavab verən IP texnologiyasına əsaslanmış transmissiya xətləri ilə əvəz edilib. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) 2016-cı ilin son günü ilə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artıb. “Nar” “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” “P3 Communications” 3300 nəfərdən artıq əməkdaşla dünya üzrə fəaliyyət göstərən və 2016-cı ildə təqribən 340 milyon avro dövriyyəsi olan aparıcı beynəlxalq konsaltinq, mühəndislik və test xidmətləri şirkətidir. Sırf telekommunikasiya sahəsi ilə əlaqədar olaraq “P3 Communications” geniş mənada müstəqil texniki və menecment-konsaltinq xidmətləri göstərir. Şəbəkənin planlaşdırılması, mühəndislik, hərtərəfli optimallaşdırma, təhlükəsizlik, xidmət keyfiyyəti (QoS) və xidmətlərin faktiki keyfiyyətinin (QoE) sınaqları, beynəlxalq bençmarkinq və cihazların sınaqdan keçirilməsi məhz belə xidmətlərdəndir. “P3 Communications” şirkətinin müştəriləri arasında dünya miqyaslı şəbəkə operatorları, avadanlıq təchizatçıları, cihaz istehsalçıları, ictimai təhlükəsizlik qurunları və tənzimləyici orqanlar vardır. Uzunmüddətli menecment təcrübəsinə malik şirkət ekspertləri ən son texniki “know-how” nailiyyətlərini tətbiq edirlər. Daha ətraflı məlumatı nar.az və p3-group.com internet səhifələrindən öyrənmək olar. Geri qayıt |