Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > PKK-lıların qətlə yetirdiyi soydaşlarımıza görə molla rejiminə ETİRAZ

PKK-lıların qətlə yetirdiyi soydaşlarımıza görə molla rejiminə ETİRAZ


15-11-2017, 13:29
PKK-lıların qətlə yetirdiyi soydaşlarımıza görə molla rejiminə ETİRAZ
Noyabrın 4-də Çaldıran şəhərinin Dovşantəpə sərhəd postunda xidmətdən evə qayıdan zaman PJAK (PKK-nın İran qanadı) terrorçularının xain hücumu nəticəsində şəhid olan 8 soydaşımızın bazar günü Xoy şəhərində keçirilən dəfn mərasimi etirazlarla yadda qalıb.

Axar.az xəbər verir ki, Xoy şəhərində keçirilən dəfn mərasimində yerli əhali İran mediasının şəhidlərimizə qarşı etinasızlığına və rəsmilərin mərasimdə mərasimdə iştirak etməməsinə etiraz ediblər.

Aksiyada kürd terrorçuların xain hücümunun cavabsız qalmayacağı və şəhidlərin intiqamının alınacağını da qeyd edilib.

Mərasimdən çəkilən videoda urmiyəli soydaşımız “bura Azərbaycandır və Azərbaycan da qalacaq” deyə kürdlərin torpaqlarımıza iddialarına öz təbkisini bildirir.

Sosial şəbəkələrdə yayılan həmin videonu təqdim edirik:


Geri qayıt