Əsas Səhifə > Güney Press, Reklam > “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!22-11-2017, 16:23 |
DİA,AZ: - “Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının doqquzuncu mövsümü davam edir. Yarışlarda respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar bilik mübarizəsi aparırlar. DİA.AZ xəbər verir ki, hər il olduğu kimi, “Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər. Noyabr ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Cəfər Həyatov (twitter.com/Jafar_Hayatov), Aynur Əliyeva (twitter.com/_rawrrr), Aydın Eyvazzadə (twitter.com/AydinJazz). Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür. “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Geri qayıt |