Əsas Səhifə > Güney Press, Reklam > “Ulduz” Şokolad fabriki KİV nümayəndələrinin övladları üçün ekskursiya təşkil edəcək

“Ulduz” Şokolad fabriki KİV nümayəndələrinin övladları üçün ekskursiya təşkil edəcək


23-11-2017, 17:36
“Ulduz” Şokolad fabriki KİV nümayəndələrinin övladları üçün ekskursiya təşkil edəcək
DİA.AZ: - “Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir. Ekskursiya iştirakçılarına şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunacaq, uşaqların istehsal sahəsinə gəzintisi təşkil ediləcək. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyə biləcəklər.

DİA.AZ xəbər veriri ki, ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şəraiti yaradılacaq və onları maraqlandıran suallar cavablandırılacaq.

Xatırladaq ki, ekskursiyaya 7-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub, son qeydiyyat tarixi isə 30.11.2017-ci il tarixi müəyyən edilib. Qeydiyyat üçün Ulduz Fabrikinin rəsmi facebook səhifəsinə müraciət edə və ya (+994) 12 514 3030 daxili 2301 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Geri qayıt