Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Təhsil davası...
Təhsil davası...28-11-2017, 15:37 |
Azərbaycan hökumətinin təhsilə, xüsusilə kənd məktəblərinə göstərdiyi diqqət hər kəsə bəllidir. Amma təəssüflər olsun ki, yerlərdə ayrı-ayrı məmurlar görülən işlərə kölgə salır, müəllim kollektivində narazılıq yaradırlar. Bu dəfə Saatlı rayonunda məmur özbaşınalığı ilə bağlı redaksiyamıza məlumat daxil olub. Saatlı rayon Naharlı kənd sakini, 1991-cil dən Məzrəli kənd tam orta məktəbində müəllim işləyən Həsənova Sara Malik qızı ünvanladığı məktubda başına gələnləri nəql edir. Məktubun məzmununa keçməzdən öncə bildirək ki, son vaxtlar 12 saylı Regional Maliyyə Mərkəzinin özbaşınalığı ilə bağlı mediada silsilə məlumatlar yayılır. Həmin məlumatlarda adıçəkilən qurumun rəhbəri Elxan Əsədovun keçmişi və indiki vəzifəsində yol verdiyi qanunsuzluqlardan bəhs olunur. İndi isə 12 saylı Regional Hesablama Mərkəzi və Saatlı Təhsil Şöbəsinin birgə həyata keçirdiyi maliyyə maxinasıyaları, korrupsiya halları haqda məlumatlar daxil olub. Yazılanlardan belə məlum olur ki, E.Əsədovun idarəsi rayon təhsil şöbəsi, şöbənin mühasibatlığı ilə əlbir olub məktəblərdə əsl “xəractoplama” kampaniyası həyata keçirir: “2017-2018-ci tədris ilində Saatlı rayon təhsil şöbəsinin rəhbərliyi, xüsusən 12 saylı Sabirabad maliye hesablama idarəsinin Saatlı təhsil şöbəsindəki nümayəndəsi Rahim Hüseynov tərəfindən şəxsi münasibətlərə əsasən bölünüb”. Şikayətçi S.Həsənova bildirir ki, 27 ildir Saatlı rayon Məzrəli kənd tam orta məktəbində müəllim işləməsinə, diaqnostik qiymətləndirmədən lazimi bal toplamağına baxmayaraq ona qərəzli şəkildə dərs verilməyib: “Dəfələrlə rayon təhsil şöbəsinin müdiri Seyidağa Kazimovun, məktəb məsləhətçimiz Zeynal Əzizovun qəbulunda olmuşam, yalvar-yaxar edib xahiş etmişəm ki, tənha qadın olduğumu, maddi vəziyyətimin son dərəcə ağır olmasını nəzərə alıb mənim dərs saatlarımı bərpa etsinlər. Ancaq mənə cavabları bu olub ki, təhsilin yiyəsi biz deyilik, Saatlıda təhsilin bir yiyəsi var o da Rahim Hüseynovdu. Rahim Hüseynov isə açıq şəkildə mənə bildirib ki, “sənə 1 saat da dərs verməyəcəm”. Məlumat üçün bildirək ki, Rahim Hüseynov Saatlı Təhsil Şöbəsinin baş mühasibidir. Saatlı rayonundakı mənbələrdən həm 12 saylı Regional Hesablama Mərkəzinin müdiri Elxan Əsədov, həm də Saatlı Təhsil Şöbəsinin baş mühasibi Rahim Hüseynov haqqında da maraqlı məlumatlar əldə etmişik: “Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Regional Maliyyə Hesablama Mərkəzləri bölgələrdə təhsil şöbəsi müdirlərinin tək, yaxud icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri ilə əlbir olub maliyyə fırlıdaqları etmələrinin qarşısını almaq məqsədilə yaradılıb. Ancaq bunun da bir faydasının olmadığının şahidi oluruq. 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinə 65 yaşına çox az müddət qalan, ömrünün 60 ilini natamam ali təhsili ilə bir çox kiçik vəzifələrdə işləmiş, qanunun hərəkətlərinə görə dəfələrlə iş yerlərini dəyişmək, bəzi hallarda isə qovulmaq məcburiyyətləri ilə üzləşən Elxan Əsədovun rəhbər təyin olunması anlaşılan deyil. Elxan Əsədov BHC691766 nömrəli saxta diplomla fəaliyyət göstərir. Onun Rusiyada fəaliyyət göstərən institutların birindən qaranlıq yollarla saxta diplom aldığı iddia olunur. O diplom ki, heç Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənməyib. Yəni Elxan Əsədov bizim də digər dövlətlər kimi qoşulduğumuz Beynəlxalq Haaqa Konvensiyasına əsasən APOSTİL möhürü vurulmadığı halda, guya ali təhsil dərəcəsi ilə təhsil naziri Mikayıl Cabbarova kələk gəlinməklə bu vəzfəyə təyin olunur. Tək bu hal istintaq orqanlarının məsələ ilə bağlı cinayət işi qaldırmaları üçün yetərli faktdır. Saatlı Təhsil Şöbəsinin baş mühasibi Rahim Hüseynov da böyük kapitala malikdir. O Bilgəhdə dəniz kənarında özünə böyük bir imarət ucaldıb. Bahalı avtomobili və təmtəraqlı həyat tərzi ilə baş mühasib rayon oliqarxları arasında öndə gedir”. Saatlı rayon Məzrəli kənd tam orta məktəbində müəllim işləyən Həsənova Sara Malik qızı ünvanladığı məktubda R.Hüseynovun əməliyyatları haqda konkret faktlarla bəhs edir: “Saatlıda 2017-2018-ci tədris ilində dərs satları təhsil şöbəsinin rəhbərliyi və Rahim Hüseynov tərəfindən birmənalı şəkildə şəxsi maraqlar əsasında görə bölunərək açıq satışa çıxarıldı. Saatlı təhsilinin tək yiyəsi R.Hüseynov əvvəlcə dediki diaqnostik qiymətləndirmənin ixtisas ballarına görə dərs böləcək. Sonra həmin müəllimlər R.Hüseynovun şəxsi biznesınə müəyyən məbləğlər ötürdükdən sonra dərsləri diaqnostik qiymətləndirmənin ümumi balları ilə boldü. Daha sonra o, dərss saatları üzərində biznesini bir az da genişləndirərək Məzrəli kənd tam orta məktəbinnin bir ixtisas fənnindən diaqnostiq qiymətləndirmədən keçmiş umumi texniki fənlər fakültəsin bitirmiş iki müəllimə-Teymurov Vahidə (fizika, kimya, ingormatika, astranomiya) və Mirzəyeva Nəzakətə (texnalogiya, təsviri incəsənət, həyat bilgisi, musiqi) verildi. Halbuki T. Vahid tedris ili başlanandan astranomiya, kimya, informatika dərslərinin 1 saatını da keçməyib. Rahim Hüseynov deyir ki, Vahid müəllim, guyya 80-cı illərdə informatika kursundan keçib(halbuki Vahid müəllim telefonuna kontur yükləyə bilmir, nəinki informatika fənnini tədris edə bilər). Digər müəllimə verilən musiqi dərsi isə bu ilə kimi həmişə Azərbaycan dili-ədəbiyyat müəllimlərinə verilirdi, indi isə bu iki müəllim Saatlı təhsil şöbəsinin rəhbərliyi və Rahim Hüseynovla sövdələşmə nəticəsində universal fən blokunun mülliminə çevrilərək xüsusi imtiyazlara malik olublar. Daha sonra Rahim Hüseynov ibtidai sinif dərslərin diaqnostik qiymətləndirmənin ixtisas ballarına əsasən bölünəcəyini elan etdi, qalan dərsləri isə “vakanta” atdığını, yeni gələn müəllimlərə verəcəyini bildirdi. Bu xəbər həmin müəllimlər arasında təşviş yaratsa da, sonda R.Hüseynov onlarla sövdələşməsin qurdu-həmin müəllimlərə “vakanta” atdiğı dərsləri pulla satdi. Məzrəli məktəbində 3 Azərbaycan dili-ədəbiyyat müllimi olduğumuz halda 38 saat Azərbaycan dili-ədəbiyyat dərslərindən 12 saat vakanta dərs verildi. Yerde qalan dərslər isə rayon təhsil şöbəsinin rəhbəri və Rahim Hüseynovun tapşırığı ilə fakültətivlər və seçmə dərslər hesabına artırılaraq 2 müəllimə verildi. Mənə isə bildirdilər ki dərs yoxdu direktor müavini dərs tədris etmək hüququndan azad edilib. Amma rayonun digər məktəbləri də daxil olmaqla bizim məktəbimizdə direktora 7 saat dərs, tədris işləri üzrə direktor müavininə isə 6 saat dərs, 6 saatda əvəzetmə ilə coğrafiya dərsi yazıb və əməkhaqqı hesablanıb. Saatlı rayonunda məndən başqa bir direktor, müavin qalmayıb ki, onlara dərs verilməsin. Məzrəli məktəbinin 3 Azərbaycan dili-ədəbiyyat müəlliminə çatmadığı halda bəs niyə 12 saat dərs vakanta atılirdi? Riyaziyyat dərslərinə isə müəllimə ehtiyac olduğu halda bəs hansı səbəblə bu fənn vokanta atılmayıb, Azərbaycan dili-ədəbiyyat fərsləri atılıb? Bütün bu qərəz və ədavət isə ondan irəli gəlib ki, ötən illərdə Rahim Hüseynovun məndən dəfələrlə istədiyi rüşvətləri verməmişəm. Məhz bu səbəbdəndir ki, mən sonuncu dəfə təhsil şöbəsinin müdiri Seyidağa Kazımovun, məktəb məsləhətçimiz Zeynal Əzizovun, Rahim Hüseynobun 3-nün birgə iştirakı ilə qəbulda olduğum zaman mənə deyilən soz bu oldu: “vakanta gələn müəllim getsə də, dərslər boş qalsa da sənə 1saatda dərs verməyəcəyik, bundan sonra da nə dərs olsa digər 2 iki Azərbaycsn dili-ədəbiyyat muəlliminə veriləcək”. cumhuriyyet.az Geri qayıt |