Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Kənd təsərrüfatının inkişafı prioritet məsələdir”

“Kənd təsərrüfatının inkişafı prioritet məsələdir”


4-12-2017, 17:43
“Kənd təsərrüfatının inkişafı prioritet məsələdir”
“Xüsusilə indiki şəraitdə bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkədə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Burada yetişdiriləcək bütün məhsulların demək olar ki, hamısı xaricə ixrac olunacaq. Biz özümüzü tərəvəzlə təmin etmişik”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olarkən deyib.
Dövlət başçısı qeyd edib ki, bu ilin 10 ayı ərzində ölkəyə pomidor ixracından 130 milyon dollar vəsait gəlib: “Əgər növbəti mərhələdə 400 hektar yeni istixana komplekslərini istifadəyə versək, bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu isə həm də yeni iş yerləri deməkdir”.

Geri qayıt