Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Bakı Metrpoliteni”ndə ixtisar dalğası

“Bakı Metrpoliteni”ndə ixtisar dalğası


5-12-2017, 15:22
“Bakı Metrpoliteni”ndə ixtisar dalğası
Bakı metropolitenində tətbiq edilən innovativ layihə sayəsində maşinistlərin işi tam yeni standartlara keçirilir. Yeniliyə əsasən, elektrik qatarları maşinistləri üçnövbəli iş rejimində çalışacaq.

dia-az.life xəbər verir ki, “Bakı Metrpoliteni” QSC-dən milli.az-a verilən məlumata görə, maşinistlərin sosial tələbləri və maraqları nəzərə alınaraq, evə və iş yerinə daşınması müəssisə tərəfindən tam təmin olunub, həm maşinistlər, həm də müəssisə üçün ən səmərəli qayda tətbiq edilib. Bu da vaxt itkisi, işçinin işdən evə, yenidən iş başına çatmaq qayğısını da tam aradan qaldırır.

Yeni və əvvəlki sistemlərin müqayisəli təhlili göstərir ki, bununla maşinistin iş və istirahət vaxtları qarışıq mürəkkəb sistemdən çıxarılıb. Buna qədər gərgin iş rejimindən sonra maşinist gecələmək üçün lokomotiv briqadalarının istirahət otağında qalır və səhər yenidən növbəyə çıxırdı. Təcrübə göstərir ki, “işlə-yat-işlə” prinsipi ilə mənəvi-fiziki yük və təzyiq altına düşən maşinistin cəmi 3 saat davam edən fərdi gecə istirahəti tam təmin olunmur. Maşinist gecəni istirahət otağında qalmaqla, vərdiş etdiyi ev şəraitindəki kimi deyil, digər həmkarları ilə yataqxana tipli otağı bölüşmək məcburiyyətində qalır. Hər bir insan kimi, onun da öz həyat prinsipləri, xarakter və xasiyyəti, ən əsası, qəlibləşmiş məişət və sosial vərdişləri var. Aparılan obyektiv araşdırmalar göstərib ki, bu və digər psixoloji faktorların təsiri ilə keyfiyyətli istirahət mümkün deyil.

Avropa və dünya metropolitenlərinin təcrübəsinə nəzər salanda, maşinistlərin istirahət otaqlarında dincəlməsi kimi təcrübəyə rast gəlinmir. Beləliklə, keçmiş Sovet məkanında bu sahədə ilk dəfə tamamilə fərqli düşüncə tərzinin tətbiqinə məhz “Bakı Metropoliteni” QSC-də başlanılıb.

Bundan əlavə, eeni iş rejimi şəraitində maşinist köməkçiləri vəzifələri də ləğv edilir. Bu məqsədlə dünyanın ən aparıcı metropolitenlərinin, həmçinin, iş prinsipləri baxımından Bakı metropoliteninə yaxın olan postsovet məkanı ölkələrinin təcrübəsi öyrənilib. Məlum olub ki, əksər metropolitenlərdə maşinist köməkçisi vəzifəsi ləğv edilib.
Bütün proseslərin çevik həyata keçirilməsi məqsədi ilə “Bakı Metropoliteni” QSC-də hərəkət qatarlarının istismarı üzrə iş departamenti yaradılıb. Bununla yeniləşmə tam yeni müstəviyə keçirilib və yeni iş prinsiplərinin tətbiqi dərinləşdirilib.

Geri qayıt