Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakıda ayıq sürücü FIRILDAĞI

Bakıda ayıq sürücü FIRILDAĞI


12-12-2017, 11:23
Bakıda ayıq sürücü FIRILDAĞI
Bakıda ayıq sürücü ilə avtomobil sahibi arasında insident yaşanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Mahir Məmmədli Facebook-da yazıb. Hadisənin təfərrüatını olduğu kimi təqdim edirik:

"Valet Parking adlı bir şirkət var. Ayıq sürücü xidmətləri göstərir. Dünən bu şirkətin sürücüsü başımıza oyun açıb. Adam maşının açarını da götürüb, itmişdi.

Dostlarla oturmuşduq. Axıra yaxın zəng vurduq, ədəb və ərkanla sürücü çağırdıq. Sürücü gəldi və düzəldik yola. Şəhərin içində gəzdik bir az, çay içdik və sürücüyə dedik bizi evlərimizə apar. 1 saat 40 dəqiqənin tamamında maşlnda tək mən qalmışdım və Nərimanovdan Yeni Yasamala getməliydim. Sürücüdən ödəyəcəyimiz məbləği soruşduq. Dedi 21 manat. Başa salmağa çalışdıq ki, Nərimanovdan Yeni Yasamala 20-25 dəqiqəlik yoldur və 2 saatlıq xidmət haqqı 14 manat edir. Sürücü razılaşmadı ki, 2 saat 1 dəqiqə də olsa, 3 saatın pulu ödənilməlidir. Dedik ki, qəbz ver, burda 14 manat ödəyək, ayrılaq. Məlum oldu ki, qəbz-filan yoxdur. Şirkətə zəng vurduq, məsələni ayırd edənə qədər baxdıq ki, sürücü yoxdur. Maşının açarını da götürüb və qeyb olub.

Şirkətin vergidən yayınması, qanunsuz ödəniş qəbul etməsi bir yana, sürücünün bu hərəkəti əndazənin aşılması idi. Polisə müraciət edəcəyimizi deyəndən sonra şirkətin meneceri sürücüyə zəng vurdu və o, açarı gətirib gəldi. Yenə dedik ki, qəbz verin, pulunuzu alın və sürücünüz getsin. Qəbz olmadığını təkrarladılar və bildirdik ki, nə vaxt qəbz gətirərsiniz, pulu alarsınız. Beləcə, nə qəbz verildi, nə də ödəniş olundu.

Yazdıqlarım ayıq sürücü xidmətlərindən istifadə edənlər üçün bir xəbərdarlıqdır. Nə vaxtsa Valet parking-ə müraciət etmək fikrinə düşsəniz, istirahətinizin və əhvalınızın korlanmaması üçün yazdıqlarımı nəzərə alın”.

Geri qayıt