Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gənclik Mall-da Azərbaycan qanunları pozulur
Gənclik Mall-da Azərbaycan qanunları pozulur12-12-2017, 11:31 |
Peyami Safa adlı türk yazarının da bu haqda bir deyimi vardır. “Bir milləti yox etmək istəsəniz hərbi islahatlara ehtiyac yoxdur. Ona tarixini unutduraraq, dilini pozaraq, dinindən soyudaraq, mənəvi və əxlaqi dəyərlərindən soyutmaq onu məhv etmək üçün kafidir”. Bu deyimi xatırlatmağımız əbəs yerə deyil. Belə ki, paytaxtın ən böyük alış-veriş və əyləncə mərkəzlərindən biri olan Gənclik Mall-da dilimizə təhqiramiz, sayqısız münasibət sərgilənir. Bu barədə keçmiş müğənni Mehin Hümbətova məlumat verib. O, Gənclik Mall-da yerləşən Stradivarius mağazasında qarşılaşdığı mənzərənin utandırıcı hal olduğunu deyib: “Geyinmə otağının qarşısına yaxınlaşıb bu tabloyla qarşılaşdım. Satıcılara narazılığımı da bildirdim. Kənarda bir orta yaşlı qadının da menecerlə bu barədə danışdığının şahidi oldum. Bütün işçilər heç nə olmamış kimi çox sakit reaksiya verirdilər. Yalnız konsepsiya yeniləndiyi zaman o tablonu dəyişəcəklərini bildirdilər. Onu ordan çıxarmaq bu qədər çətindir?! Dilimizi təhqir olunmuş formada gözümüzə soxursuz. Dilinizə, milli dəyərlərinizə hörmət etmirsiz?! Axı siz də bu millətin balalarısız. Bu məsələyə necə biganə qalırsız? Onsuz da Sovetlər dönəmindən dilimizdən qopmaq bilməyən yarım-yapalaq rus sözlərindən qurtula bilmirik. Bir də üstünə savadsız şəkildə türkləşmiş kəlmələrlə tablolar böyüdüb mall-lardan asırsız. Nə yaxşı ki, turistlər başa düşmürlər. Güclə özümüzə dünyada nüfuz qazanmaq istəyirik. Yazınızı oxusalar heç üzümüzə də tüpürməzlər”. \\Prime-Time\\ Geri qayıt |