Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Bir neçə aydır ki, fəaliyyət dayandırılıb"
"Bir neçə aydır ki, fəaliyyət dayandırılıb"15-12-2017, 13:01 |
"Dəmirbank" əmanət qəbulu və kredit verməyi dayandırıb. Xəbər verdiyimiz kimi, "Dəmirbank" artıq 5 aydır ki, əmanət qəbul etmir. Bir ay əvvəl isə kredit verməyi də dayandırıb. Vaxtilə bank sisteminin aktiv iştirakçılarından olan "Dəmirbank" hazırda çox çətin durumdadır. Bankın maliyyə göstəriciləri ürəkaçan deyil. Bank, 2017-ci ilin üçüncü rübünü 20,4 milyon manat zərərlə başa vurub. Bu göstərici ilə ən böyük zərər edən 3 bankın sırasındadır. Kapitalın həcminə gəlincə, "Dəmirbank" ölkə üzrə ən pis göstəriciyə malikdir. Hazırda bankın nizamnamə kapitalı nəzərdə tutulan tələbdən 2 qat azdır - 50 milyon manat əvəzinə, cəmi 25,57 milyon manat. Bankın nümayəndəsi Kəmalə Məmmədova AzNews.az-a açıqlamasında əmanət qəbulunun və kreditlərin hansı səbəbən dayanmasını izah edib. Bunun bank rəhbərinin göstərişi ilə edildiyini qeyd edən nümayəndə ilin sonu olduğu üçün kredit verilməsinin dayandırıldığını deyib. Onun sözlərinə görə, kreditlər Yeni ildəmn bərpa ediləcək. Ancaq bunun dəqiq hansı gün bərpası məlum deyil. Bununla yanaşı, bank nümayəndəsi qeyd edib ki, əmanətlər bir neçə aydır ki verilmir. Bu, bank rəhbərinin öz göstərişidir. Hazırda bankın strategiyası yenidən qurulur. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin dolların faiz göstəricilərini qaldırmasının təsirinə gəldikdə isə, nümayəndə bildirdi ki, bankda kreditlər manatla verildiyindən bu qərarla qəti əlaqəsi yoxdur. Bank tezliklə kapital çatışmazlığı problemini həll etməsə ya fəaliyyətini dayandırmalı, ya da başqa bank tərəfindən alınmalıdır. Geri qayıt |