Əsas Səhifə > Güney Press, Reklam > Sumqayıt Texnologiyalar Parkı işcilər arası intellektual oyunlara start verdi
Sumqayıt Texnologiyalar Parkı işcilər arası intellektual oyunlara start verdi26-12-2017, 11:05 |
DİA.AZ: - Sumqayıt Texnologiyalar Parkında (STP) müəssisənin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ilk dəfə olaraq, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir. DİA.AZ xəbər verir ki, STP-nin yaranmasının 9-cu ildönümünə həsr olunmuş bu yarışda müəssisənin müxtəlif departament və zavodlarından ibarət 11 komanda və həmçinin, qonaq qismində çıxış edən “Expressbank” komandası birincilik uğrunda mübarizə aparmışlar. Gərgin rəqabət şəraitində keçən yarışın yekun nəticələrinə müvafiq olaraq, I yerə Maliyyə departamentinin “Maliyyə” komandası, II yerə Katiblik şöbəsinin “Assorti” komandası, III yerə isə Biznesin inkişafı şöbəsinin “BİR” komandası layiq görülmüşdür. Sonda, qaliblərə Həmkarlar İttifaqı Komitəsi tərəfindən kubok, medal və digər qiymətli hədiyyələr təqdim edilmişdir. 2009-cu il dekabr ayının 22-də Prezident İlham Əliyev tərəfindən istismara verilən Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan labaratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub, istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur. STP-də hazırda 13 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu müəssisələrdə Azərbaycanda istehsalı olmayan 40-dan çox məhsul istehsal olunur. STP dünyada 500 kV kabel istehsal edən 6 şirkətdən biridir Geri qayıt |