Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > O ərəb şahzadəsi deyil axı…
O ərəb şahzadəsi deyil axı…29-12-2017, 12:43 |
Srağagün ölkə mətbuatında dekabrın 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə vergilər naziri vəzifəsindən azad edilən Fazil Məmmədovun Bakı şəhər, Binəqədi rayon, 9-cu mikrorayon ərazisində, Heydər Məscidinin yaxınlığında yerləşən villasının şəkili yayımlandı Bununla bağlı anonimliynin qorunması şərti ilə MilliYol-a müraciət edən bir şəxs saytımızla şok məlumatlar bölüşüb. Məsələ heç də Fazil Məmmədovun 9-cu mikrorayondakı villası ilə əlaqəli deyil. Söhbət sabiq nazirin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində (keçmiş Vorovski), yerləşən villasından, daha doğrusu Fazil Məmmədovun villası ilə üzbəüz olan və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova aid olan villadan gedir və mənbə bu villada bir çox şeylərin döndüyündən xəbər verib. Qeyd edək ki, dünən musavat.com saytının yaydığı xəbərdə Binəqədinin icra başçısına Xaləddin İsgəndərova və Fazil Məmmədova məxsus olduğu bildirilən qoşa villaların satışa çıxarıldığı deyilir. Xəbərdə qeyd olunur ki, Xaləddin İsgəndərov və Fazil Məmmədov həbs olunma və əmlakının müsadirəsi təhlükəsini istisna etmədiklərinə görə hər iki villa satışa çıxarılıb. Öncəliklə qeyd edək ki, mənbənin iddiasına görə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində (keçmiş Vorovski), yerləşən qoşa vilların hər ikisini Xaləddin İsgəndərov tikdirib və qoşa villalardan birini öz patronuna, Fazil Məmmədova hədiyyə edib. Lakin Fazil Məmmədov öz villasına çox az gəlib gedir və demək olar ki, orda yaşamır. Buna baxmayaraq mənbə bildirir ki, Xaləddin İsgəndərov özünə aid olan villaya çox tez-tez gəlib gedir. Hündür hasarla əhatələnən villa bütün istiqamətlərdən kamera ilə izlənilir və burda quş belə uçurdulmur. Villanın darvazası xüsusi metaldan hazırlanıb və zirehlidir. Hər iki villanın darvazası xaricdə hazırlanıb. Hər iki villanın qapısında isə mühafizə dəstəsi keşik çəkir. Villanın təmtəraqından və qeyri adiliyndən danışan mənbə bildirib ki, bu villanın əsas özəlliyndən biri villanın zirzəmisidir. Daha doğrusu yarımzirzəmidən söhbət gedir. Və bu yarımzirzəmidə bir neçə dəfə olan mənbə MilliYol-a inanılmaz faktlar açıqlayıb. Hər şeydən əvvəl onu qeyd edək ki, villanın yarımzirzəmisində xüsusi dizaynla bəzədilib və yarızirzəminin cah-cəlalını təsvir etmək üçün söz yetərli deyil. Hətta bura ərəb şeyxləri belə həsəd apara bilər. Burda ilk olaraq diqqət çəkən 400 kvadrat metrlik üzmə hovuzudur. Hovuzdan başqa yarızirzəmidə iki sauna var. Bir qədər kənarda isə möhtəşəm bar diqqəti cəlb edir və mənbə bildirib ki, bu bardakı çoxsaylı içkilərin və şərabların ən aşağı qiyməti 1000 dollardır və bu bahalı içkilər kolleksiyası adamı ilk baxışda özünə cəlb edir. Bardan bir qədər kənardakı otaqda isə adətən qumar məclisləri qurulur. Mənbə qeyd edib ki, villaya girmək üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir və bura ancaq ortaq tanışlar vasitəsi ilə girmək mumkundur. Kimsə tanınmayan biri villaya yaxınlaşarsa, mühafizəçi çıxaraq həmin adamı sürətlə ordan uzaqlaşdırır. Şəkil çəkmək isə ümumiyyətlə imkansızdır. Villadan içəri daxil olarkən isə təmtəraqdan adamın ilk baxışda gözləri qamaşır. Mənbə bildirir ki, Xaləddin İsgəndərov bu villada adətən yaxın adamları ilə toplanır və bir qayda olaraq qonaqlar qumar masasında əylənirlər. Mənbə qeyd edir ki, qonaqlar arasında Xaləddin İsgəndərovun tanımadığı şəxslər də olur. Misal üçün o, Xaləddin İsgəndərovla daha əvvəldən tanış olmayıb. Buna görə də bir qayda olaraq qonaqlar içəri keçmək üçün şəxsiyyət vəsiqəsi təqdim edirlər… Yəqin ki, geniş ictimaiyyət üçün Xaləddin İsgəndərovun bu qədər sərvəti və krallara aid yaşayış səviyyəsini hansı yolla əldə etməsi çox maraqlıdır. Açığı bu, elə bizim üçün də maraqlıdır və ümid edirik ki, icra başçısı mal varlığı ilə bağlı açıqlama verərək bu iddaları yalan olduğunu isbat edəcək. Təbii ki, bütün bunlar yalandır, şərdir, böhtandır, deməklə yox… Xatırladaq ki, bu günə qədər Xaləddin İsgəndərovun inanılmaz sərvəti barədə Azərbaycan mətbuatında müxtəlif yazılar yazılıb. Binəqədi İcra Hakimiyyətinin yaxınlığında 16 nəfər sakinin canına mail olan binanın yanmasına qədər, demək olar ki, Xaləddin İsgəndərov özünü məmur kimi deyil, bir ərəb şəhzadəsi kimi aparırdı. Qeyd edək ki, bir çox məlumatlara görə Xaləddin İsgəndərovun şəhərin bir çox yerlərində, o cümlədən Yasamalda 10-a qədər villası var. Bu vilların hər birində ondan artıq qulluqçu fəaliyyət göstərir və bəzi iddialara görə həmin qulluqçuların orta əmək haqqı 1000 manatdan az olmur. Bəzi məlumatlara görə isə Xaləddin İsgəndərov villalarının qulluqçularına hər ay 100 min manata qədər vəsait sərf edir. Daha əvvəl Vergilər Departamenti rəisinin birinci müavini kimi bəsit bir vəzifə sahibi olan və sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Xaləddin İsgəndərovun bu qədər sərvəti hardan ola bilər? Bu şəxsin tək özəlliyi sabiq Vergilər naziri Fazil Məmmmədovun bacısı ilə evli olmasıdır. Bu günə qədər də iş adamı kimi heç bir yerdə adı keçməyib və dövlət məmuru olaraq çalışıb. Xaləddin İsgəndərovun ailə üzvlərinin də bizneslə məşğul olmaları ilə bağlı bu günə qədər heç bir məlumat olmayıb. Buna baxmayaraq, bu şəxsin özünün, ailəsinin qulluğunda bir xidmətçi və mühafizəçi ordusu dayanır. Misal üçün Biəqədinin İcra başçısının tək özünü deyil, ailəsini də bir mühafizəçilər ordusu qoruyur. İcra başçısı bir yerə gedərkən adətən onu 6-7 maşın mühafizəçi maşını müşahidə edir. Qəribədir ki, başçının oğlu da, atası kimi şəhərdə ən azı 4-5 maşının müşayiəti ilə hərəkət edir. Əldə etdiyimiz məlumatlara görə icra başçısının digər ailə üzvləri də bir yerə gedərkən onları xüsusi maşınlar müşaiyət edir. Və belə çıxır ki, İsgəndərovlar ailəsi dövlətin zirvəsindəki şəxslər kimi qorunur. Hər halda bu Xaləddin İsgəndərovun özünün ortaya qoyduğu görüntünün ümumi nəticəsidir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mənbə: MilliYol.Az Geri qayıt |